ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Samanta Pauar Rusiyanı oğru adlandırıb. “Oğru hər hansı əşyanı oğurlaya bilər. Amma bu o demək deyildir ki, o bu əşyanın sahibidir”. Bu sözləri ABŞ təmsilçisi Rusiyanın addımlarını şərh edərkən deyib. Pauerin fikrincə, Rusiyanın Krımda etdikləri qanuna, tarixə, siyasətə ziddir. O, bəyan edib ki, Rusiya Krımı özünə birləşdirməyə çağırmamalıdır. “Krımda baş verən məqbul sayıla və qəbul oluna bilməz. Biz kRımda baş verənlərlə bağlı konkret münasibət bildirməliyik. Krımda baş verən Ukraynanın digər ərazilərində təkrarlana bilməz”.
Xəyal


