Putin Rusiyadakı ruslara nifrət edir, Rusiya dışındakı rusları isə sevir
Putin bəyan edib ki, dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq rusların hüquqları Rusiya dövləti üçün prioritet təşkil edir. Bu prioritet o qədər mühüm hesab edilir ki, hətta Rusiya həmin rusdillilərdən ötrü işğalçılığa, başqa ölkələrin torpaqlarını qəsb etməyə də hazırdır. Əcəba, Rusiya öz ərazisindəki rusların hüquqlarını və digər təminatlarını da bu qədər prioritet məsələ hesab edirmi?
1991-ci ildən indiyə qədər Rusiyanın əkinə yararlı torpaqlarınını 58 faizi kolluğa çevrilib. Yerdə qalan torpaqların 86 faizi dövriyyədən çıxarılıb və demək, xüsusi texnoloji proseslər həyata keçirilməsə əkinə yararlı olmayacaq. Bu 24 il ərzində Rusiyadakı sənaye müəssisələrinin 92 faizi yoxa çıxıb. Aqrosənaye müəssisələrinin isə 93 faizi fəaliyyətini dayandırıb. Bu müddət ərzində Rusiyada 38 min yaşayış məntəqəsi – kəndlər və qəsəbələr tamamilə boşalıb. Kənd yerlərində işsizlik faktiki olaraq, 67 faizdir. Rusiya əhalisinin 72 faizi yoxsulluq həddində yaşayır. Şəhər əhalisinin 43 faizdən artığı işsizdir. Rusiya hökuməti 42 milyondan çox adamı iş yerləri ilə təmin edə bilmir. Bunlardan 38 milyon nəfəri Rusiya ruslarıdır. Rusiyada 21 milyon nəfər davamlı alkoqollu içki qəbul etdiyinə görə xroniki alkoqolikə çevrilib ki, bunlardan da 19 milyon nəfəri etnik rusdur. İndi Rusiyada olan 4,5 milyon “bomj”un 4 milyon 250 min nəfəri etnik rusdur. Hal-hazırda Rusiyada qeydə alınan 9 milyon narkomanın 7 milyon nəfəri etnik rusdur. 1991-ci ildən sonrakı müddət ərzində 46 milyon Rusiya vətəndaşı müxtəlif cinayətlərə görə mühakimə edilərək həbsxanalara göndərilib.
azadlıq.info


