Keçmiş prezidentin qızı atasının imzasından istifadə edənlərə hiddətləndi
Londonda «Golden & Co» şirkəti tərəfindən Azərbaycan oliqarxları üçün xüsusi olaraq hazırlanmış və üzərində Heydər Əliyevin imzası olan qızıl korpuslu «iPhone 5S gold limited» telefonlarının istehsal olunması ilə bağlı ötən gün KİV-də yayılmış məlumatlara mərhum prezidentin qızı Sevil Əliyeva münasibət bildirib.
Spacenews.az-ın məlumatına görə, S.Əliyeva bu hadisədən nəinki sevinmədiyini, əksinə hiddətləndiyini deyib. S.Əliyevaya görə, Azərbaycan üçün mühüm və taleyyüklü sənədlərdə olan bir imzanın “kiminsə cibində və ya çantasında gəzdirdiyi məişət əşyalarının” üzərində olması “günahdır”. “Mən Heydər Əliyevin qızı kimi belə xoşagəlməz hallara kəskin etiraz edir və qadağa qoyuram”, – deyə S.Əliyeva qeyd edib.