Vəkildən İlham Əliyevə şok müraciət

Əliabbas Rüstəmov ölkə başçısına «əsrin oğurluğu»ndan yazdı

 

«Biz, «qara» adam siyahısına salınsaq da, heyvan deyilik, qoyun deyilik. Hər şeyi görür, eşidir və dərk edirik»

“Yasavul” hüqüq firmasının direktoru, vəkil Əliabbas Rüstəmov ölkə başçısı Ilham Əliyevə müraciət edib. Müraciətin bir surəti Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevə, ədliyyə naziri Fikrət Məmmədova, daxili işlər naziri Ramil Usubova, baş prokuror Zakir Qaralova, milli təhükəsizlik naziri Eldar Mahmudova və digər səlahiyyətli şəxslərə, həmçinin Azərbaycanda fəaliyyət göstərən KIV-lərə və xarici ölkə səfirliklərinə ünvanlanıb. Müraciəti ixtisarla təqdim edirik:  

Bu cür yaşamağa məhkummu olmalıyıq?

“Hörmətli Ilham müəllim!

Sizə və ölkənin bütün qrumlarına çoxsaylı məktublarla (500 vərəqdən artıq sənədlər də əlavə olunmaqla yanaşı, 704 vərəqdən ibarət sənəd əlavə olunmuş müraciətin surəti) müraciət etmişəm. Həmin müraciətdə ətrafınızda olan yüksək rütbəli şəxslərin faktiki olaraq quldurluq fəaliyyəti barədə dolğun məlumat vermişəm və onlar barəsində tədbirlər görülməsi üçün müvafiq qrumlara göstəriş verməyinizi xahiş etmişəm. 

Yuxarııda qeyd olunan bütün müraciətlərimdə, mən Sizə “qardaşım” deyə müraciət etmişəm və bildirmişəm ki, bu cinayətlərə görə tədbir görülməməsi, bütün şübhələrin Sizin üzərinizə yönəlməsinə əsas verir.

09.12.2011-ci il tarixli müraciətimdə bildirmişdim ki, 12 noyabr 1961-ci il tarixdə Tovuz rayonunda anadan olmuşam. Ulu babam Xanağa Yasavul olmuş, onun oğlu Şirin katta və nəvəsi Alı katta, Alı kattanın törəməsi Məşədi Ismayıl olmuş, Məşədi Ismayılın oğlu Məşədi Rüstəm, Məşədi Rüstəmin oğlu Məşədi Qəşəm, Məşədi Qəşəmin oğlu Fəxrəddin olmuşdur. Mən də Qəşəm babamın nəvəsiyəm. Sizin və Respublikada bir çox insanların tanıdığı rəhmətlik Zakir Zeynalovla əmizadəyik. Bir sözlə, Yasavullular nəslindənik.

Bütün bunları yazmaqda məqsədim o olmuşdu ki, Respublikada yüksək vəzifə sahibləri hesab olunan bir sıra şəxslərdən, o cümlədən, Ramiz Mehdiyevdən, onun sevimli kürəkəni Ilham Əliyevdən, Ramiz Rzayevdən, Iman Nağıyevdən, Yusif Ildırımzadədən, Fazil Məmmədovdan soruşasınız ki, yuxarıda adları çəkdiyim nəslimizin nümayəndələrindən kiminləsə hər hansı ədavətləri olubmu? Yaxud bizim nəsildən olanların, onlara və ya nəsillərindən olanlara hər hansı borcları varmı? Yoxdursa o zaman niyə mənə qarşı açıqdan-açığa ədavət aparmaqla yanaşı, nəinki hüquqlarını müdafiə etdiyim şəxslərin əmlaklarının, hətta mənə məxsus əmlaklarımın əsas hissəsini cinayət yolu ilə əlimizdən alıblar və qalan əmlakımlarımızı da almağa cəhd göstərirlər?

Məgər, biz, bu cür yaşamağa məhkummu olmalıyıq? 

Insanların, “ağ” adam və “qara” adam bölgüsünü kim apardı ki, adlarını çəkdiklərim məhz “ağ” adam – toxunulmazlıq statusundadırlar.

Biz, “qara” adam siyahısına salınsaq da, heyvan deyilik, qoyun deyilik. Hər şeyi görür, eşidir və dərk edirik.

“Ağ” adam statusunda olan, yuxarıda adlarını çəkdiyim şəxslər, həm bu məktubumda göstərdiyim faktlara, həmçinin digər “fəaliyyətləri”nə görə, mütləq qaydada qanun və millət qarşısında cavab verməli olacaqlar. Tez və ya gec olmasından asılı olmayaraq?

Mən çox istərdim ki, bu hadisə Sizin Prezidentliyiniz dövründə həyata keçirilsin.

Bu hadisənin, Sizin Prezidentliyiniz dövründə həyata keçirilməsi, Sizin, bu quldurları himayə etməyiniz barədə şübhələrimizə son qoymuş olardı.

Cənab Prezident!

Həmin müraciətlərimdən sonra bilirsinizmi nə baş verdi?

Sumqayıt şəhəri, Nəsimi adına, Dənizkənarı Parkda yerləşən, Sumqayıtlıların “kurort” adlandırdığı Istirahət məkanına gələn və “Çənlibel” firmasına aid bütün kommunikasiya xəttləri kəsildi, elktrik enerjisinin verilməsi dayandırıldı və 13 noyabr 2013-cü il tarixindən başlayaraq, mənə məxsus 3 milyon manatdan artıq dəyəri olan əmlakım darmadığın edildi.

Bundan sonra isə, əvəlki müraciətlərimdə adlarını çəkdiyim şəxslərə, Sizin xalanız oğlu Fikrət Məmmədov, Baş Prokuror Zakir Qaralov, Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev və 2 saylı Inzibati-Iqtisad Məhkəməsinin sədri, Rəşid Rzayev də qoşuldular.

Belə ki, xalanız oğlu Fikrət Məmmədov tərəfindən, dünya səviyyəli dələduz Məmmədov Elçin Ibrahim oğlu himayəyə götürüldükdən sonra Konstitusiya Məhkəməsinin sədri bizimlə Elçin Məmmədov arasında olan işi öz icraatına götürməklə, Nəsimi Rayon Məhkəməsinin icraatındakı icra işinin faktiki olaraq dayandırılmasına nail olmuş və bununla da bizə olan 5 milyon ABŞ dolları məbləğində borcunun geri qaytarılması qeyri-mümkün hala salıb.

Zakir Qaralovun himayə etdiyi “Təmirli Qrup” ASC-i ilə aramızda olan məhkəmə işi isə 2 saylı Inzibati Iqtisad Məhkəməsində it-bata salındığından, Cəmiyyətin bizə olan borcunun alınması qeyri-mümkün olub…

Əsrin oğurluğu

Yadınızdamı, Səbail Bankdan oğurlanan büdcə vəsaiti?

2007-ci ilin yanvar ayından, noyabr ayının 1-dək 35 milyon ABŞ dolları və ya 140 milyard manat məbləğində və ya büdcənin mədaxil hissəsinin (700 milyon ABŞ dolları) 5 faizi miqdarında pul vəsaiti oğurlanmışdır. 10 ay ərxzində, büdcənin 5 faizi. Bu oğurluğa- XX ƏSRIN oğurluğu adı verilmişdir. Baxmayaraq ki, 2007-ci ilin yay ayından, bu məsələ bütün orqanlara agah idi.

Büdcənin mədaxil hissəsinin 7 faizi, 15 gün ərzində- 251.921.219,5 manat, sonrakı bir ayda isə, 12.788.009,5 manat.

Bu cinayət hadisəsi barədə, 2008-ci ilin əvvəlindən bütün müvafiq orqanlarda məlumat olmasına baxmayaraq bu günə kimi, açılmamış saxlanılır. Düz 6 ildən artıq müddət keçməsinə baxmayaraq.

Hətta, “Azadlıq” qəzetinin 26-27 fevral 2008-ci il tarixli saylarında jurnalist Surxay Hüseyinlinin, “Bir dəqiqəlik milyonçu” adlı məqaləsi və mənimlə müsahibəsi dərc olunmuşdu. Həmin müsahibədə, 48 milyonun kimlər tərəfindən mənimsənilməsinə aydınlıq gətirmişdim. Göstərmişdim ki, 48 milyon manatın 35 milyon manatı, yükün boşaldığı müəssisənin rəhbərinə, 13 milyon manatı isə, cinayətin gizlədilməsinə nail olmuş briqadir Cəbrail Mövsum oğlu və onun havadarlarına çatıb.

2006-cı ilin dövlət büdcəsinin gəlir hissəsi – 3.836.767,3 manat, xərc hissəsi – 4.024.767,3 manat təşkil edib.

Xərcin əsas istiqamətləri aşağıdakı kimi olub:

Elmi xərclər- 34.916.238 manat; Müdafiə xərcləri- 584.780.809 manat; Milli Təhlükəsizlik xərcləri- 40.933.858 manat; Hüquq mühafizə xərcləri – 254.269.829 manat; Məhkəmə xərcləri – 12.330.520 manat; Prokurorluq xərcləri-16.280.735; Təhsil xərcləri – 498.520.274 manat və nəhayət Səhiyyə xərcləri – 182.798.995 manat. Bu rəqəmlər müqayisə üçün tərtib edilir. 

Oğurluğun anatomiyası

2006-cı ilin iyul ayının 10-da, Əhmədli Natiq Xoşbəxt oğlu tərəfindən, əvvəllər tanıdığı Qarabağlı Namiq Sədrəddin oğlundan, Bakı şəhəri, 6 saylı notariat kontorunda, alqı-satqı yolu ilə, “Real” Kiçik müəssisəsini alır. Buna kimi, Kiçik müəssisənin “Dekobank”, “Evrobank”, “Kapitalbank” və “Zaminbank”da hesablaşma hesabları olub.

2006-cı ilin iyun ayında, o, Bakı şəhəri, Dərnəgül şossesinin yanında, tikinti materiallarının satışı bazarında “TACIR”lər, Mirzəyev Məhəmməd Sədri oğlu, Təhməzov Seymur Qambay oğlu, Nəcəfov Xəqani Sərxan oğlu və Allahverdiyev Pənah Müseyib oğlu ilə tanış olur və tiiknti materiallarının alqı-satqısına dair razılığa gəlirlər.

Mirzəyev Məhəmməd Sədri oğlunun rəhbəri olduğu “Azkomfort” MMC-i, “Aztransport” MMC-i, “Darıdac-N” MMC-i, “Köhnə Qala” MMC-i, “Azren” MMC-i və “Sarı Zəmi” MMC-i tərəfindən, Təhməzov Seymur Qambay oğlunun rəhbəri olduğu “Klassik” MMC-i və “Zirvə” MMC-i tərəfindən, Nəcəfov Xəqani Sərxan oğlunun rəhbəri olduğu “Zəm-Zəm” MMC-i, “Xor-Xat” MMC-i, “Elgün” MMC-i və “Kəpəz” MMC- tərəfindən və Allahverdiyev Pənah Müseyib oğlunun rəhbəri olduğu “Ehram” MMC-i, “Acdaban” MMC-i, “Nail-77″ MMC-i və ”Rəqabət” MMC-i tərəfindən Əhmədli Natiq Xoşbəxt oğlunun rəhböəri olduğu “Real” Kiçik müəssisəsinin yuxarıda adları çəkilən banklardakı hesablaşma hesabına Əlavə Dəyər Vergisi də daxil olmaqla, 2006-cı ilin iyun aının 10-dan 30-dək ümumilikdə –  251.921.214,5 manat məbləğində, iyul ayında isə ümumilikdə – 12.788.009.% manat məbləğində pul vəsaiti köçürülmüşdür.

Nəhayət 2006-cı ilin iyun ayında- 251.921.214.5 manat məbləğində və iyul ayında isə- 12.788.009.5 manat məbləğində pul vəsaiti bankdan nağd, kütlə şəkilində götürülüb. 

Bütün materiallarda, səyyar vergi yoxlaması aktlarında, Prokurorluğun ittiham Aktında və məhkəmənin hökm və qərarlarında oğrulanan bu pulun əslində kimə məxsusluğunun gizlədilməsinə çoxlu cəhdlər göstərilir. 

Hamı bilir, lakin susur

Oğurlanan pulun, iyul ayındakı 12.788.009,5 manat məbləğində hissəsi oğruluqda iştirak edən bankların, vergi orqanlarının və prokurorluq orqanlarının əməkdaşlarının, məhkəmələrin və Cəbrayıl Mövsumovla “komandası”nın payına düşüb.

“Azəryolservis” ASC-i, “Azərbaycan Respublikasının nəqliyyat kompleksində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 22 fevral tarixli 1992 nömrəli Sərəncamına əsasən Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin “Yolnəqliyyatservis” Departamenti MMC-nin təşkilatı hüquqi formasının dəyişdirilməsi yolu ilə yaradılmışdır.

“Azəryolservis” ASC-nin Nizamnaməsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 15 noyabr 180 nömrəli qərarı ilə təsdiq edilmişdir.

2006-cı ilin büdcə xərclərində, dövlət əsaslı vəsait qoyuluşunun(investisiya xərcləri) miqdarı 882.331.157 manat təşikl etmiş, bu pulun 264. 709.229 manatı, bir dəfəyə (15 gün, üstəgəl bir ay) oğurlanıb”.