Azərbaycan üçün qızıl iPhone buraxıldı

Azərbaycan üçün xüsusi olaraq qızıl iPhone istehsal olunub.

AzVision.az xəbər verir ki, Londonda `Golden and Co` şirkətinin buraxdığı `iPhone 5s gold limited` telefonu məhdud sayda buraxılıb. Telefonun arxa tərəfində Azərbaycanın xəritəsi və Heydər Əliyevin imzası var. 

Telefonun qiyməti haqda hələ ki məlumat yoxdur. Amma bu cür digər `limited edition` telefonlar 5500-6000 dollara satılıb.