Polislər Gənclik Metro Stansiyasında yerləşən obyektlərin sökülməsi üçün satıcılara bir saat vaxt verib.
Bu barədə “Axar.az”a metro stansiyadakı obyekt sahibləri məlumat veriblər. Satıcılar artıq öz mallarını dəyər-dəyməzə satmağa başlayıblar. Bəzi obyekt sahibləri artıq öz yerlərini sökməyə başlayıblar.
Qeyd edək ki, bir müddət öncə Bakı Metropoliteninin yeni sədri metrodakı bütün ticarət obyektlərinin sökülməsinə qərar vermişdi.







