Müxalifət hökumətin hesabatına qiymət verdi

Hesabatın növbəti dəfə reallıqdan uzaq statistik rəqəmlərdən ibarət olduğu vurğulanır

Milli Məclisin son iclasında hökumətin illik hesabatı əvvəlkilərdən heç nə ilə fərqlənməyib. Baş nazir Artur Rəsizadə Statistika Komitəsinin illik hesabatından məlumatlar oxuyaraq, ölkənin sürətlə inkişaf etdiyini bəyan edib. Maraqlıdır ki, hökumətin hesabatına deputatlar tərəfindən heç bir irad bildirilməyib. Və hesabat olduğu kimi qəbul olunub. Hesabatın müzakirəsi zamanı qaldırılan məsələlər sırasında Azərbaycanın şiş istehsalına başlamalı olduğuna dair iradlar, yeni təyin olunan icra başçılarının özündən əvvəlki başçıların qurduqları parkları sökərək yenidən tikmələrinə dair qeydlər üstünlük təşkil edib. Bu baxımdan hökumətin son hesabatını qənaətbəxş saymaq olarmı?

Nemət Əliyev: «Ölkədə təaüdçü ordusunun ayda yüz əlli üç manatın ümidinə buraxıldığının hesabatı verilməlidir»

AXCP İqtisadiyyat Komissiyasının rəhbəri Nemət Əliyevin fikrincə, hakimiyyətin belə bir hesabatla çıxış etməsi təsadüfi deyil. Çünki hökumətin Azərbaycan xalqına deyəcək sözü yoxdur: «Azərbaycan hökumətinin xalqın qarşısında dili gödəkdir. Normalda hökumət üzərinə düşən vəzifə və öhdəliklərin yerinə yetirilməsi istiqamətində fəaliyyət göstərməlidir ki, onun da hesabatını versin. Nəyə görə hökumət onun hesabatın vermir ki, neft hasilatı pik dövrünü arxada buraxsa da bu müddət ərzində ölkənin qeyri-neft sektorunda əhəmiyyətli dəyişikliklərə nail ola bilməyib. Hökumət nəyə görə onun hesabatını vermir ki, bu ötən müddət ərzində büdcənin neftdən asılılığını aşağı sala bilməyib. Nəyə görə hökumət «Sovetski»də əhalinin problemlərini həll etmək istəməməsinin hesabatını vermir? Ölkədə qiymət artımının yaşandığı bir dönəmdə bir milyon iki yüz yetmiş üç min nəfər təqaüdçü ayda yüz əlli üç manatın ümidinə buraxılıb. Qarabağ əlillərinə ayda 126 manat penmiya verməklə iş bitmiş sayıla bilməz». Son beş ildə sosial-iqtisadi problemlər üçüzündən sosial müavinət almaq üçün müraciət edən insanların sayının 370 min nəfərə qədər artdığını deyən N.Əliyev vurğuladı ki, əgər əhalinin sosial-iqtisadi yaxhılaşırsa, ölkənin iqtisadi vəziyyəti durmadan artırsa, o zaman bu i qtisad i imkanlar əhalinin sosial həyatında özünü göstərə  bilmir: «Nəyə görə hökumət onun araşdırmasın aparmır ki, sosial yardım alan əhali ayda 26 manata dolana bilməz. Azərbaycan höukəmti sadəcə olaraq hesabat verdim görüntüsünü yaratmaq istəir. Onların bu xalqın qaşısına çıxaraq, normal hesabat verməyə üzləri yoxdur. Ölkədə korrupsiyanın, rüşvətxorluğun ayaq açıb yeridiyi bir zalda normal hesabat dərc etmək olmaz». 

Qubad İbadoğlu: «Makroiqtisadi göstəricilər təhlil olunarsa ölkə iqtisadiyyatının inkişafa deyil, tənənzülə getdiyi məlum olacaq»

İqtisadi Tədqiqatlar Mərkəzinin rəhbəri Qubad İbadoğlu isə bildirdi ki, makroiqtisadi göstəricilər təhlil olunarsa ölkə iqtisadiyyatının inkişafa deyil, tənənzülə getdiyi məlum olacaq: «Ölkənin qeyri-leqal idxal dövriyyəsinin çoxalması o deməkdir ki, bu dövriyyə leqalaşarsa və onun əsasında ÜDM korektə edilərsə, o pozetiv yox, neqativ olacaq. Hökumətin hesabatını dəyərləndirmək üçün 3 mühüm faktor mövcuddur. Onlar sahibkarın vəziyyəti, istehlakçının durum və beynəlxalq inteqrasiyadır. Bu gün Azərbaycan sahibkarları hökumətdə idarəetmənin olmamasından böyük əziyyət çəkirlər. Yersiz yoxlamalar sahibkarların durumunu  pisləşdirib. Hökumət sahibkara heç bir şərait yaratmayıb». İstehlakçı nöqteyi nəzərdcən də durumun aydın olduğunu deyən Q.İbadoğlu vurğuladı ki, iş yerlərinin sayı hər ötən il daha da azalır və bu bazara yeni daxil olan gənc nəslin iş tapmaq imkanları məhdudlaşıb. «Əgər hökumət bu gün istehlakçı üçün iş yerləri təmin edə bilmirsə, o hökumətin fəaliyyətini dəyərləndirmək çətindir. İstehlakçını qayğılandıran məqamlardan biri ölkədəki inflyasiyadır. Ölkədə rəqabətli mühütün olmaması üzündən inhisarçı şirkətlər bazarda qiymətləri diqtə edir», deyə Q.İbadoğlu vurğuladı.

Sərdar Cəlaloğlu: «Hökumətinin mövqeyi, açıqladığı rəqəmlər ilə beynəlxalq təşkilatların rəyləri üst-üstə düşmür»

ADP sədri Sərdar Cəlaloğlu hesab edir ki, hökumətin hesabatına bütün şərtləri, beynəlxalq təşkilatların rəylərini nəzərə aldıqdan sonra ədalətli qiymət vermək olar: «Bir qayda olaraq beynəlxalq təşkilatların hesabatları, açıqladığı rəqəmlər ilə hökumətin hesabatı arasında kəskin fərq olur. Biz hökumətin fəaliyyətinə nəzər salanda biz eyni zamanda həm beynəlxalq, həm də yerli təşkilatların açıqladığı faktlara diqqət yetirməliyik. Yalnız bu halda hesabata ədalətli qiymət vermək olar. Amma Azərbaycan hökumətinin mövqeyi, açıqladığı rəqəmlər ilə beynəlxalq təşkilatların rəylərinin üst-üstə düşməməsi hesabata birmənalı qiymət verməyin mümkün olmadığını göstərir».

Xəyal