Elnur Aslanovun ehtiyatsızlığı, yoxsa təxribat?

Prezident Administrasiyası rəsmisinin Fətullah Gülənə yazdığı iddia edilən məktub yayıldı

Prezident Administrasiyası Siyasi Təhlil və Informasiya Təminatı şöbəsinin rəhbəri Elnur Aslanovun ABŞ-da yaşayan Türkiyəli ilahiyyatçı, “nurçu” adlanan cameənin lideri Fətullah Gülənə yazdığı iddia olunan məktub yayılıb. “Veteninfo.az” saytı xəbər verir ki, məktub onun elektron poçtuna göndərilib. Məktubun F.Gülənə “elnur_aslanov1977@mail.ru” elektron ünvandan göndərildiyi göstərilir.
Məktub belə başlayır:
“Sevgili Hocam, bir kaç gündən bəri Istanbuldayım. Osman Şimşek abimizle birlikdeyim. Dün gecə sabaha kadar söhbet etdik.
Sizin sağlığınızla bağlı Osman abimin söylediklerindən tesirlendim ve çok üzülüb göz yaşlarımı tutamadım. Hocam kaş yanınızda olabilseydim, sizin derdinizle dertlene bilseydim. Sizin mübarek yüzünüzü görmek bu dünyada nasib olurmu bilmiyorum. Lakin inşallah ahiretde sizin şefahetinize nail olub cennete eteyinizden tutarak girmek nasib olur.
Osman abime size yurek sözlerimi yazmak istediyimi söyledim. Çok sağolsun anlayışla karşıladı ve izin verdi. Validem Rabiyyet hanımın da size selamları ve hörmetleri var efendim”.
Elnur Aslanovun yazdığı iddia olunan məktubda şöbə müdirinin dilindən onun “hizmət hərəkatı”na sadiq olduğunu canını bu hərəkəta fəda etdiyi qeyd edilir.
Bu məktubla bağlı youtube-da video rolik yayılıb. Həmin videoda məktubun saxta olduğu göstərilir. Bildirilir ki, məktubda tarix (2010-cu il martın 14-ü göstərilir) fotoşopla əlavə edilib. Çünki yazıldığı gün “skrin şot” olunan məktubun kənarında Krımla bağlı xəbərlər reklam olunur. 2010-cu ildə isə Krım məsələsi gündəmdə deyildi.