Hakimiyyətdən ABŞ-a sərt ittiham

Prezident Administrasiyası (PA) rəhbərinin müavini, qurumun Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov ABŞ-ın Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyini tənqid edib. O, əsas diqqəti ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin Qarabağ problemi ilə bağlı bəyanatlarına çəkib. Modern.az-ın məlumatına görə, Novruz Məmmədov özünün rəsmi twitter səhifəsində bildirib ki, Ceyms Uorlikin erməni tərəfi ilə anlaşması var: “Tvitlərindən görünür ki, cənab Uorlikin erməni tərəfi ilə yaxşı anlaşması var. Yəqin mövqeləri üst-üstə düşür”.  Qeyd edək ki, Ceyms Uorlik Qarabağ münaqişəsi ilə bağlı mütəmadi olaraq açıqlamalar verir.