ABŞ Putinin dostunu həbs etdi

Ukraynalı qaz oliqarxı Vyanada xüsusi əməliyyatla tutuldu

Ukraynalı biznesmen Dmitri Firtaş Vyanada həbs edilib. Onu ABŞ Federal Təhlükəsizlik Bürosunun sorğusu əsasında “Kobra” xüsusi təyinatlılarının birgə keçirdiyi əməliyyatla ələ keçiriblər. Həbs edilən zaman onun yanında iki mühafizəçisi olsa da, heç bir müqavimət göstərməyiblər.
Ukrayna XİN Firtaşın martın 12-də həbs edildiyini açıqlayıb.
Martın 14-də Firtaşın ekstradisiyası üçün ilk mərhələ başlaya bilər. Bu barədə Avstriya Federal Məhkəməsinin hakimi Kristina Zalsborn məlumat verib. O, əlavə edib ki, sadəcə olaraq, hələlik, prokurorluqdan sorğu daxil olmayıb. Məhkəmə bu qərarı qəbul etdikdən dərhal sonra Firtaşın işi beynəlxalq hüquq normalarına uyğunluğunun dəqiqləşdirilməsi üçün prokurorluğa göndəriləcək.
Firtaş Ukrayna biznesmeni olsa da, Putinin və Medvedin ən etibarlı iş ortaqlarından biri sayılır. Onun qaz satışı və emalı ilə məşğul olan şirkətlərinə həmişə FTX-nin iri rütbəli məmurları rəhbərlik ediblər və bu təyinatları bilavasitə Putinin etdiyi haqda söhbətlər var.

azadlıq.info