Yanukoviç Mejqoryedən necə köçüb VİDEO

İnternetə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Mejqoryedəki evindəki müşahidə kameralarına düşən əşyalarının çıxarılması kadrları yerləşdirilib. Videodan aydın görünür ki, Mejqoryedə antikvar və dgər qiymətli əşyalar artıq fevralın 19-dan, Kiyevdəki Maydanda vəziyyət gərgin nöqtəsinə çatanda çıxarılmağa başlayıb. Əşyaların qalan hissəsi fevralın 21-d, müxalifətlə Yanukoviç arasında böhran dinc yolla çıxmağa dair razılaşmanın imzalanmasından bir neçə saat əvvəl başlayıb. Furqonların yüklənməsi və yola salınması fevralın 22-i səhər saatlarına qədər davam edib. bir neçə saatdan sonra isə Mejqoryenin bütün sakinlərinin ortdan köçməsi ilə bağlı məlumatlar yayıldı. 

  

azadliq.info