Ukraynanın, Rusiyanın və dünyanın sinir sistemi

9 diktatorun klubu nə deməkdir?

Sərdar Bağırzadə, Nyu-York

Ötən dəfə «Azadlıq»ın oxucularına öz fikirlərimi izah edərkən söyləmişdim ki, Rusiya Krım böhranını yaratmaqla, əslində postsovet məkanında birmənalı ağalığını bərpa etmək niyyətini güdür. Ritorik sual olan «ruslar Krımdan sonra Bakıya gələcəkmi?» bu baxımdan həyəcanlı reaksiyalar doğurdu. Amma məsələ yalnız Bakıdan ibarət deyil. Postsovet məkanında «balans siyasəti» apardığı ilə qürrələnən bir çox dövlət başçıları necə deyərlər, «dimdiklərindən tələyə düşürlər». Rusiyanın niyyəti, şübhəsiz, Krımla kifayətlənmək deyil. Şərqi Ukraynanın da ilhaq edilməsi onun planlarına daxildir.

Bu mərhələdə alınmasa da, gələn mərhələdə. Bunun yolu isə o qədər də çətin təsəvvür olunmur. Gəlin özümüzü aldatmayaq və Krım krizinin həlli ilə bağlı yalnız iki variantın mümkünlüyünü qəbul edək. Bu variantlardan biri odur ki, Rusiya öz niyyətinə çata bilmir, digər variant isə Rusiyanın qələbəsi deməkdir. Bir variant budur ki, Qərb və xüsusilə də Amerika (çünki Ukraynanın ərazi bütövlüyünün rəsmi və imzası ilə təsdiqlənən təminatçısıdır) Rusiyanı yerində oturtmaq üçün bütün vasitələrdi- hərbi, siyasi-diplomatik-iqtisadi təqyiqləri paralel işə salaraq, onu yerində otuzdurur. İkinci variant isə təzyiqlərin diplomatik hədə-qorxulardan və sahəvi embarqolardan o tərəfə keçməməsidir. Bu variantla rusları geri atmaq az inandırıcıdır. Rusiya avtoritar bir ölkədir. Avtoritar ölkələrdə ictimai rəy institutu yoxdur. Buna görə də iqtisadi durumun ağırlaşacağı halda Rusiaya ictimai rəyində inqilabi ovqatın yaranacağı az inandırıcıdır. Putin ac rusları patriotizmlə yedizdirməyi bacaran siyasətçidir. Bunun üçün o, lazım olan bütün şəraiti yaradıb. Ultramillətçi təşkilatlardan tutmuş, ac və böyük millət nəzəriyyəsini ideoloji baxımdan haqlı çıxara biləcək elmi-ictimai-siyasi elitaya qədər hər şeyi yarada bilib.

Bu günlərdə «The Vashington Post» qəzetində ABŞ-ın sabiq dövlət katibi Kondaliza Rays Rusiyanı yerində oturtmaq üçün Amerikanın sərt və uzunmüddətli siyasət yürütməsinin zəruriliyini arqumentlərlə izah etdi. Xanım Rays Putinin (və ya Rusiyanın dövlət başçısının kimliyindən asılı olmayaraq) uzunmüddətli planlarını yaxşı bilən siyasətçidir və o da postsoveti məkanınında Sovet İttifaqının konturlarının yenidən yaradılmasının Qərb və Amerika üçün hansı təhlükələri vəd etdiyini başa düşür.

Rusiya «9 diktatorun klubu»nu yaratmaq istəyir. Həm də bir şərtlə ki, bu «9-lar»ın rəhbəri və idarəedicisi Putinin özü olsun. Bu 9-lara isə Rusiyanın özü, Ermənistan, Azərbaycan, Ukrayna, Qazaxıstan, Türkmənistan, Tacikistan, Özbəkistan və Qırğızstan daxildir. Azərbaycanla baölı məsələ aydındır. Bu vaxta qədər «balans siyasəti» ilə başını girləyən Azərbaycan faktiki olaraq, bir dəfə Putinin hərbi müdaxiləsinə məruz qalaraq daha «balans siyasətinin» adını çəkməyə də qorxacaq duruma düşüb. Yadınızdadırmı, Putinin bakıya hərbi gəmidə səfəri? Bu, qonaq otağına atla daxil olmaq kimi bir şey idi. Bu davranışdan sonra Azərbaycan rəhbərliyi tələm-tələsik, bəyan edib ki, Azərbaycan Avropa Birliyi ilə assosiativ saziş imzalamaq fikrində deyil. Yəni, «müdrik balans siyasəti» dəfn edilib. Yerdə qalan dövlətlərdən yalnız Özbəkistan prezidenti ram olunmayıb və İslam Kərimov Gömrük Birliyini «SSRİ-ni bərpa etmək istəyən bəzi adamların avantürası» adlandırmaqda davam edir.

Amma Krım krizindən qalib çıxan Rusiaya İslam Kərimovu elə öz ailəsinin içindən birisinin əli ilə dəfn edə bilər. Amma buna ehtiyac da yoxdur. Çünki postsovet ölkələrinin əksəriyyətində, xüsusilə də, «9 diktatorun klubu» kimi planlaşdırılan ölkələrin istisnasız olaraq, hamısında güc nazirlikləri, eləcə də şəxsən Müdafiə nazirləri Rusiyanın kadrlarıdır. Məsələn, olduqca maraqlı bir faktı diqqətinizə çatdırım ki. Ukraynanın son 4 müdafiə nazirinin hamısı Rusiya vətəndaşı olub. Bu günlərdə Ukraynanın hərbi təcavüzə qarşı olduqca dözümlü münasibət göstərməsinin bir səbəbi də elə həmin Rusiya vətəndaşlarının Ukrayna ordusuna «nəvazişlərinin» nəticəsidir. Krım krizinin Rusiyanın xeyrinə başa çatması 9 diktaturanı rus ictimai rəyi üçün əla yemə çevirəcək. Putin bu yemlə dünyanın tətbiq edə biləcəyi blokadanın nəticələrini neytrallaşdıra bilər.

Durum həqiqətən də, təhlükəlidir. Buna görə də postsovet məkanındakı bütün demokratik güclər də öz imkanlarını səfərbər etməli və Qərbin Rusiyanı geri çəkməsini qətiyyətlə tələb etməlidirlər. Bu günkü Rusiya, müəyyən mənada, Avropanın və Amerikanın məsuliyyətziscəsinə yaratdığı bir monstrdır. Xanım Kondaliza Raysın tələb etdiyi sərt siyasəti əslində, çoxdan tətbiq etməli idilər. Amma hələ də gec deyil. O baxımdan gec deyil ki, Rusiya özünü bir tərəfli qaydada Krım krizinin qalibi elan etsə də, Ukraynanın bu faktla razılaşmaması Krım krizini Rusiyanın içərilərinə doğru atacaq. Rusiaya çoxmilıətli dövlətdir və mübahisəli ərazilərdən ibarətdir. İndi dünyanın ən müxtəlif siyasi-elmi mərkəzlərində təsdiq edilir ki, Rusiyanın daxilində 25 potensial Krım mövcuddur. Bunlar Rusiaynın əsəb sisteminin dağıdığı nöqtələridir və onların üzərinə barmaq basılması da Rusiyaya qarşı planlaşdırılan sanksiyaların tərkib hissəsi ola bilər.