“Atletiko” və “Bavariya” növbəti mərhələdə

Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilib. İlk oyun günündə “Atletiko Madrid” klubu öz meydanında “Milan”la,  Münhenin “Bavariya” klubu isə London “Arsenal”ı ilə üz-üzə gəlib. İlk oyunda rəqib meydanında 0-1 hesabı ilə qalib gələn “Atletiko” 4-1 hesabı ilə “Milan”ı məğlub edib. Səfərdə “Arsenal”ın qapısından 2 cavabsız top keçirən “Bavariya” öz meydanında 1-1 hesablı heç-heçə qane olub. Nəticədə “Atletiko” və “Bavariya” Çempionlar Liqasının 1/4 final mərhələsinə keçib. 

azadlıq.info