«Danışıqlar çox da intensiv getmir, lakin AB-nin təklifləri masadadır»
Hazırda bütün dünya mediası ilə yanaşı, Azərbaycan mətbuatının da gündəmini zəbt edən Ukraynada siyasi gərginlik səngimir. Baş verənlər təhlil olunan zaman Yanukoviçin hakimiyyətdən getməsinin əsas səbəbi kimi onun Avropa Birliyi ilə əməkdaşlıqdan imtina etməsi və ölkənin siyasi kursunu dəyişməyə cəhd etməsi göstərilir. Bir çox ekspertlər bir çox şərtlərinə görə Azərbaycanın Ukrayna səviyyəsinə çatdığını düşünür. Çünki hazırda Azərbaycan rəhbərliyi səviyyəsində də Avropa Birliyi ilə hər hansı əməkdaşlığın mümkünlüyü dilə gətirilmir. Azərbaycan xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Azərbaycanın yaxın vaxtlarda AB ilə assosiasiya sazişi imzalamaq fikrində olmadığını söyləyib. Bu arada isə Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard deyib ki, Avropa Birliyi ilə münasibətləri hansı yöndə inkişaf etdirmək barədə qərarı Azərbaycan verməlidir.
M.Mard bildirib ki, hər iki tərəf siyasi və iqtisadi assosiasiyanın dərinləşdirilməsində maraqlıdır. O, xatırladıb ki, Azərbaycan və Avropa Birliyi “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində əməkdaşlıq edir: “AB Azərbaycanla bu əməkdaşlığı qiymətləndirir. Bir-birinə yaxın olmaq hər iki tərəfin marağındadır”.
Azərbaycanla AB arasında vahid hava məkanına dair sazişin hazırlanması üçün aparılan danışıqlara toxunan M. Mard qeyd edib ki, danışıqlar çox da intensiv getmir, lakin AB-nin təklifləri masadadır: “Biz Azərbaycanla bu işi davam etdirməyə və danışıqların növbəti mərhələsinə keçməyə hazırıq”.
Demokratiya, insan hüquqları və qanunun aliliyinin hər zaman AB-Azərbaycan münasibətlərinin gündəliyinə daxil olduğunu deyən M.Mard vurğulayıb ki, bu mövzular yüksək səviyyədə dialoq predmetidir. M.Mard həmçinin qeyd edib ki, Azərbaycanda QHT-lərə qrantların verilməsi vətəndaş cəmiyyətinə dəstəyin nümayiş etdirilməsidir. Bu layihələr medianın dətəklənməsi, qadın hüquqlarının inkişafı, seçkilərin monitorinqinə yönəlib və vətəndaş cəmiyyəti institutlarının möhkəmləndirilməsinə xidmət edir.
Fuad Qəhrəmanlı: «AB ilə əməkdaşlığın prespektivi Azərbaycan xalqının, cəmiyyətinin bu məsələlərə reaksiyasından asılıdır»
AXCP sədrinin müavini Fuad Qəhrəmanlı bildirdi ki, AB ilə Azərbaycan arasında assosiasiya sazişinin imzalanması ilə bağlı hakimiyyət artıq öz mövqeyini bildirib. Davosda İlham Əliyevin çıxışı zamanı açıq mətnlə AB ilə assosiasiya sazişinin imzalanmasına tərəfdar olmadığını xatırladan F.Qəhrəmanlı vurğuladı ki, M.Məmmədquliyevin eyni fikri təkrarlaması onu göstərir ki, bu artıq müəyyənləşmiş mövqedir və burada hər hansı gözlənti yersizdir: «Sadəcə olaraq hakimiyyət İlham Əliyevin diliylə belə bir təklif irəli sürdü ki, biz Avropa Birliyi ilə strateji tərəfdaşlıq müqaviləsi imzalamağa hazırıq. Əslində bununla da hakimiyyət assosiasiya sazişinin Azərbaycanın üzərinə qoyacağı öhdəliklərdən yayınmaq istəiyr. Çünki strateji tərəfdaşlıq sazişi hüquqi, siyasi, iqtisadi sahədə hər hansı öhdəlik müəyyən etmir. Bu saziş özündə daha çox iqtisadi sahədə əməkdaşlığı ehtiva edir».
AB ilə əməkdaşlığın prespektivinin Azərbaycan xalqının, cəmiyyətinin bu məsələlərə reaksiyasından asılı olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, Ukraynada məhz Yanukoviç hakimiyyətinin assosiasiya sazişindən imzalamaqdan imtina etdiyi üçün dərin kataklizmlər yaşandı. Azərbaycanda hakimiyyət dəyişikliynə səbəb ola biləcək çox saylı faktların olduğunu deyən F.Qəhrəmanlı vurğuladı ki, təkcə 46 milyard dollar vəsaitin offşor zonalara daşınması ölkədə ciddi dəyişikliklərin olması üçün tutarlı əsas idi: «Bundan başqa Elşad Abdullayevin yaydığı videolar, mülkiyyət hüquqlarının kobud pozulması dəyişikliklər üçün əsas ola bilərdi. Cəmiyyət anlamalıdır ki, Avropa Birliyi ilə əməkdaşlığın dərinləşməsi yalnız siyasi inteqrasiya deyil. Bu onun birbaşa süfrəsinə təsir edə biləcək hadisədir. Çünki assosiasiya sazişinin öhdəlikləri qəbul edilərsə, bu artıq gömrükdə inhisarçılığın ləğv edilməsi, ticarət münasibətlərinin liberallaşması, azad seçkinin keçirilməsi deməkdir. Azərbaycan cəmiyyəti öz marağından çıxış edərək bu məsələyə ciddi reaksiya verməlidir».
F.Qəhrəmanlı hesab edir ki, AB təmsiçlsinin açıqlamasındn da açıq görünür ki, Brüssel artıq Azərbaycana təkliflərini irəli sürüb və onların yerinə yetirilməməsi Azərbacynla bağlıdır. Deməli burada söz hakimiyyətdən xalqa keçir: «Bəyanatda Azərbaycan hakimiyyəti yox, Azərbaycan xalqı ifadəsi işlədilir: «Bu bəyanatla o nəzərdə tutulub ki, əgər hakimiyyət bu məsələdə maraqlı deyilsə, Ukraynada olduğu kimi xalq sözünü deməlidiÜmumi şəkildə Azərbaycanın mövqeyi təkcə iqtidar tərəfindən deyil, xalq tərəfindən də ifadə olunmalıdır. Artıq gələcəkdəki addımlar xalqın baş verənlərə münasibətindən də asılı olacaq».
Xəyal