Ukrayna xalqları hərbi səfərbərlik elan edir

Həmyerlimiz Elxan Nuriyevin təşəbbüsü ilə qeyri-ukraynalı Ukrayna vətəndaşları işğala qarşı müharibədə iştirak etmək üçün özünüsəfərbərliyə cəlb edilirlər.
 
Biz, Ukraynadakı qeyri ukraynalı millətlərin təmsilçiləri olaraq bəyan edirik ki, azad və müstəqil Vətən ideyası ətrafında sıx birləşmişik. İndi, Ukraynanın Rusiya Federasiyası tərəfindən aqressiyaya məruz qaldığı bu günlərdə baş verən hadisələrlə bağlı mövqe bildirməyi özümüün borcumuz sayırıq. 
Biz Krım Muxtar Respublikasının legitim olmayan Ali Məclisinin Krımın Rusiyaya birləşdirilməsi haqqında qərarını verməsini qətiyyətlə ittiham edirik. Krım tatarları 70 il bundan öncə Stalinin cəhənnəm maşını tərəfindən repressiya və təqiblərə necə məruz qalçışdısa, indi yeni bir faşizmə məruz qalmaqdaır. Təzyiqlər altında qəbul etdirilən bu qərar Ukraynanın dövlət quruluşunun tələblərinə və yerli krım tatarlarının hüquqlarına zidd olduğu kimi Konstitusiya ilə kobud ziddiyət təşkil edir. 
Biz ilk növbədə Rusiyanın işğalçı qoşunlarının Krım ərazisindən dərhal çıxarılmasını tələb edirik. 
 
Qəhrəman Meydanın Ukrayna xalqının sivil və demokratik seçimi uğrunda ayaqda olduğu, onlarla adamın öz canını bizim azadlıq məbədimiz naminə fəda etdiyi həmin günlərdə biz Ukrayna xalqı ilə bir yerdə olduq. Meydan Ukraynaya yeni liderlər, yeni dövlət xadimləri bəxş etdi, o, heç zaman ksenofobiya və nifrət meydanı olmadı, əksinə Ukraynanın bütün xalqlarını yaxşı həyat uğrunda mübarizədə birləşdirdi. Ukrayna elə bir ölkədir ki, burada yaşayan 130 müxtəlif millətin nümayəndələru dövlət hakimiyyətinin bütün qollarında təmsil olunurlar. Ukrayna bizim övladlarımızın böyüdüyü, özümüzü sivil dünyanın və demokratik bir ölkənini tam hüquqlu vətəndaşları olaraq hiss etdiyimiz Vətəndir, bizim hamımızın evimizdir. Biz RF-nin zombiləşdirilmiş kütləvi informasiya vasitələrindən istifadə edərək buradakı millətlər arasında ayrı-seçkilik təbliğatı aparmaq cəhdlərinə, aşkar Gebbels metodları ilə bizim hər birimizin alçaldılmasına qarşı qətiyyətlə etiraz edirik. 
 
Rusiya ordusunun sıralarında bizimlə eyni qandan, eyni soyda olan çoxlu millətlərin-ukraynalıların, tatarların, başkurdların, Qafqaz və Orta Asiya xalqlarının övladları vardır. Biz onlara qarşı ən isti hissləri bəsləyirik və onların bu qardaş qırğınına cəlb edilməsinin əleyhinəyik. Biz Rusiya hakimiyyətini bizim xalqlarımızın bu doğru olmayan yola sövq etməməyə çağırırıq. Rusiyabnın bu davranışı bizi məcbur edir ki, beynəlmiləl əsaslarda vahid hərbi kontingent yaradaraq öz torpaqlarımızın, Vətənimizin uğrunda savaşa qalxaq və Ukrayna uğrunda canımızı düşünmədən qurban edək.
Biz öz ölkəsinin taleyinə biganə olmayan Rusiya vətəndaşlarını bu intervensiyaya qarşı çıxmağa və Moskvanın Ukraynanın daxili işlərinə hər hansı formada müdaxiləsinə qarşı etiraz etməyə çağırırıq.
Sizin və bizim azadlığımız uğrunda!
 
Elxan Nuriyev- GUAM Jurnalist təhqiqatları Mərkəzinin direktoru
Nafis Kaşapov- hüquq müdafiəçisi
Qoça Dadıvadze- ictimai xadim, hüquq müdafiəçisi
Rustam Janqoja- elmlər doktoru, professor və b.