Cəbhəçi gənc polisə müqavimət adı ilə cərimələndi

 

AXCP GK üzvü Anar Cəfərli də Suraxanı məhkəməsindən sərbəst buraxılıb. Məhkəmə onu polisə müqavimət ittihamı ilə 200 manat cərimələyib.

***

AXCP-dən verilən son məlumata görə, partiyanın gənc fəalları Anar Cəfərli və Elşad Ovçiyev Suraxanı rayonu 31-ci polis bölməsinə aparılıblar. Bölmədə Elşad Ovçiyevi xəbərdarlıq edərək sərbəst buraxıblar. Anar Cəfərli isə Suraxanı məhkəməsinə aparılıb. 

Onların saxlanılmasının formal səbəbi hələ dəqiq bilinmir.

***

AXCP fəallarının həbsi davam edir. Martın 7-də partiyanın daha 2 nəfər gənc fəalı saxlanılıb. Partiyadan verilən məlumata görə, polis AXCP Nizami rayon şöbəsinin Gənclər Komitəsinin üzvləri Anar Cəfərlini və Elşad Ovçiyevi saxlayıb. Hazırda hər iki fəal Suraxanı Rayon Məhkəməsinə aparılıb. Fəalların hansı şəraitdə və nəyə görə saxlanıldığı bəlli deyil.

azadlıq.info