Krım tatarları Azərbaycan prezidenti İlham Əliyevə müraciət edərək ondan Rusiya prezidenti Putinlə yaxşı münasibətlərindən istifadə edərək onlara kömək etməsini istəyiblər. Bu barədə Krım tatarlarının Məclisinin keçmiş sədri Mustafa Cəmilev deyib. «Bizim xalqımız bir dəfə öz torpaqlarında qovulub. Biz yenidən bunun təkrarlanmasını istəmirik. Ona görə də İlham Əliyevə, Abdulla Gülə və Nursultan Nazarbayevə müraciət edirik. Krımlı bacı və qardaşlarınızı çətin vəziyyətdə tək qoymayın. Biz bütün dünyadan kömək istəyirik. Rusiyada bizim üçün sürgün və repressiyalar hazırlanır», – deyə o qeyd edib.
azadlıq.info


