Martın 6-da AXCP Rəyasət Heyətinin iclası keçirilib. İclasda partiyanın icarəyə götürdüyü qərargahın partladılması və sonra uçurdulması müzakirə olunub. Müzakirələrdə o qənayət bir daha vurğulanıb ki, baş verən hadisə AXCP-yə qarşı hakimiyyəyin qanunsuz, aqressiv, terror dili ilə rəftardır; partiyanın məhvinə yönələn cılız addımdır.
Rəyasət Heyəti əminlik ifadə edib ki, keçən illərdə olduğu kimi, yenə də ofissiz fəaliyyət partiyanın gündəlik və strateji işində büdrəmə, prinsiplərindən geriçəkilmə yaratmayacaq. Әksinə “fəaliyyət planı”nda əks olunan “ikinci Xalq Cəbhəsi” yaratmaq işinə əlavə təkan verəcək.
İclasda son günlər partiya fəallarına qarşı aparılan həbslər də müzakirə edilib və siyasi qərəz kimi qiymətləndirilib, hakimiyyətin AXCP-nin güclənməsindən keçirdiyi narahatlıqla əlaqələndirilib.
AXCP sədri Әli Kərimli RH üzvlərinə ötən gün Qərb diplomatları ilə keçirdiyi görüş, aparılan müzakirələr barədə də ətraflı məlumat verib.
Müzakirələrin yekununda RH AXCP qərargahının partladılması ilə bağlı Baş Prokurorluğa və Әdliyyə Nazirliyinə müraciət etməyi tövsiyyə edib.
Bundan başqa qərara alınıb ki, siyasi motivli həbslərlə bağlı partiya ayrıca bəyanatla çıxış etsin.
Məlumatı AXCP mətbuat xidməti yayıb.