
Ukraynada Ali Rada ölkənin devrilmiş prezidenti Viktor Yanukoviçin Haaqa Tribunalına verilməsi haqda qərar qəbul edib. Bu qərarı 361 deputatdan 324 dəstəkləyib.
Qeyd edək ki, Viktor Yanukoviç 21 noyabr 2013-cü ildən 22 fevral 2014-cü ilə qədər keçirilən aksiyalarda yol verilən zorakılıq, insan qətllərində ittiham olunur.
Beynəlxalq Tribunala edilən müraciətə keçmiş baş prokuror Viktor Pşonka və sabiq daxili işlər naziri Vitali Zaxarçenkonun da adı salınıb.
azadliq.info


