“Avro-2016”-nın seçmə mərhələsinin püşkü atıldı

2016-cı ildə Fransada təşkil olunacaq futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb. Püşkatmada iştirak edən 53 komanda UEFA-nın reytinq siyahısına uyğun olaraq 6 səbətə bölünüb. Azərbaycan milli komandası 5-ci səbətdə yer alıb. Komandalar hərəsində 6 yığma olmaqla 8 qrupa bölünüb. 9-cu qrupda 5 komanda final mərhələsinə vəsiqə qazanmaq uğrunda yarışacaq. 

H qrupunda mübarizə aparacaq  yığmamızın da rəqibləri İtaliya, Malta, Bolqarıstan, Norveç və Xorvatiya yığmalarıdır. Avropa çempionatları tarixində ilk dəfə olaraq “Avro-2016″nın final mərhələsində 16 deyil, 24 komanda iştirak edəcək. Bu isə o deməkdir ki, seçmə mərhələni ilk iki pillədə başa vuracaq yığmalar birbaşa final mərhələsinə vəsiqə qazanacaqlar. Seçmə mərhələni üçüncü bitirəcək milli komandalar isə pley-off oyunlarından sonra bu hüquqa yiyələnə biləcəklər.

Püşkatmanın nəticələri belədir:

A qrupu: Hollandiya, Qazaxıstan, İslandiya, Latviya, Türkiyə, Çexiya

B qrupu: Bosniya və Hersoqovina, Andorra, Kipr, Uels, İsrail, Belçika

C  qrupu: İspaniya, Lüksemburq, Makedoniya, Belarus, Slovakiya, Ukrayna

D qrupu: Almaniya, Qibraltar, Gürcüstan, Şotlandiya, Polşa, İrlandiya

E qrupu: İngiltərə, San-Marino, Litva, Estoniya, Sloveniya, İsveçrə

F qrupu: Yunanıstan, Farer adaları, Şimali İrlandiya, Finlandiya, Rumıniya, Macarıstan

G qrupu: Rusiya, Lixtenşteyn, Moldova, Montoneqro, Avstriya, İsveç

H qrupu: İtaliya, Malta, Azərbaycan, Bolqarıstan, Norveç, Xorvatiya

I qrupu: Portuqaliya, Albaniya, Ermənistan, Serbiya, Danimarka

Azərbaycan yığmasının oyun cədvəli də açıqlanıb:

2014-cü il

 9 sentyabr, saat 21:00

 Azərbaycan – Bolqarıstan

 10 oktyabr, saat 23:45

 İtaliya – Azərbaycan

 13 oktyabr, saat 23:45

 Xorvatiya – Azərbaycan

 16 noyabr, saat 21:00

 Azərbaycan – Norveç

 2015-ci il

 28 mart, saat 21:00

 Azərbaycan – Malta

 12 iyun, saat 23:45

 Norveç – Azərbaycan

 3 sentyabr, saat 21:00

 Azərbaycan – Xorvatiya

 6 sentyabr, saat 21:00

 Malta – Azərbaycan

  10 oktyabr, saat 21:00

 Azərbaycan – İtaliya

 13 oktyabr, saat 23:45

 Bolqarıstan – Azərbaycan

azadlıq.info