Şamaxı sakini elə hadisə yerində dünyasını dəyişib
Azərbaycanda daha bir nəfər özünü yandıraraq intihar edib. Bu barədə “Azadlıq”a daxil olan məlumatda bildirilir ki, hadisə fevralın 22-də Şamaxanın Muğanlı kəndində baş verib. Kənd sakini Süsən Hacıyeva üstünə benzin tökərək özünü yandırıb. O, aldığı xəsarətlərdən elə hadisə yerində keçinib.
Məlumatda o da qeyd olunur ki, 60-a yaxın yaşı olan Süsən Hacıyeva özünü Muğanlı kəndinin yaxınlığındakı meşədə yandırıb.
Intiharın başvermə səbəbləri araşdırılır.
Informasiya şöbəsi


