Kəşfiyyat səfəri haqda yazılanlar cəfəngiyyatdır

ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar ölkəsini təmsil edən iki senatorun Bakıya səfərinin guya kəşfiyyat xarakterli olduğu haqda bəzi mətbuat orqanlarında yazılanlarla bağlı bəyant verib.

“ABŞ Senatının iki əməkdaşının kəşfiyyat fəaliyyəti ilə məşğul olması fikri o qədər absurd, gülünc və saxtadır ki, bu iddialara cavab verməklə onları şərəfləndirmək istəməzdim.

Ancaq onu düşünə bilərəm ki, bu cür açıq-aşkar saxta iddiaları yayanlar, sadəcə, Birləşmiş Ştatlarla Azərbaycan arasında münasibətlərə zərbə vurmaq istəyirlər. Buna imkan verməməliyik.

Birləşmiş ştatlarının bir nömrəli prioriteti Azərbaycanın suverenlik və müstəqilliyini möhkəmləndirməkdir.

Biz hər iki ölkənin marağında olduğu müxtəlif sahələrdə əməkdaşlıq edirik. Bəzən demokratiyaya dair məsələlər ortaya çıxır. Ancaq biz möhkəm tərəfdaş olaraq qalırıq. Güclü münasibətlərə ehtiyacımız var. Gülünc saxta iddialar işə yaramır. Mən düşünmürəm kı, fikrimi bundan daha aydın şəkildə çatdıra bilərəm”, – deyə bəyanatda bildirilir.