Venesuelada 22 yaşındakı gözəllik kraliçası güllələnərək ölüb. ANS PRESS-in məlumatına görə, ölkənin tanınmış siması olan Genesis Carmona ixtişaşlar nəticəsində ölən əllinci adam olub.
Gənc qadın motosikletli bir adam tərəfindən başından güllə ilə vurularaq öldürülüb. Genesis Carmona hadisənin ardından dərhal xəstəxanaya aparılıb, ancaq onu xilas etmək mümkün olmayıb.
Valensiya şəhərindəki nümayişlərdə ölən Genesis Carmona 2013-ci ilin turizm gözəli seçilib. Eyni zamanda universitetdə turizm təhsili alan gözəllik kraliçasının məzun olmasına yalnız bir qalmışdı.