Çempionlar Liqasında 1/8 final mərhələsinin ikinci oyun günündə Londonun “Arsenal” klubu yarışın son qalibi “Bayer Münhen”i, “Milan” isə “Atletiko Madrid”i qəbul edirdi.
“Bayer” 38-ci dəqiqədən azlıqda qalan “Arsenal”ın qapısından 2 cavabsız top keçirib. Oyunda hər iki komanda penalti şansını qaçırıb.
“Milan” – “Atletiko Madrid” oyunu isə qonaqların 0-1 hesablı qələbəsi ilə başa çatıb.
1/8 final mərhələsinin ilk oyunlarına fevralın 26-da yekun vurulacaq.
azadlıq.info