Sürücüsüz avtomobil bu yaxınlarda satışa çıxarılacaq FOTO

Sərnişinlər isə həmin vaxtı daha səmərəli keçirmək imkanı qazanırlar

Hazırda iri şirkətlər sürücüsüz avtomobil layihəsi üzərində baş sındırarkən bir İsveçrə şirkəti avtomobillərin kabinəsini sürücüsüz hala gətirməyin yolunu tapıb. 

ANS PRESS Qərb mətbuatına istinadən bildirir ki, bu avtomobilin bazara çıxarılmasına az qalıb və layihədə aparıcı dünya şirkətlərinin texnoloji imkanlarından, həmçinin “Google” kimi kommunikasiya dəstəklərindən istifadə edilib.

Yeni avtomobilin hərəkətinə nəzarət bilgisayar vasitəsi ilə edilir. Sərnişinlər isə həmin vaxtı daha səmərəli keçirmək imkanı qazanırlar. Yəni filmə baxa, kitab oxuya, internetdə işləyə və yata bilərlər.

Bununla yanaşı, avtomobilin sürücü tərəfindən idarə edilmə imkanı da var. Firma yeni kabinənin həddindən etibarlı olduğunu bildirir.