Beyləqanda zavod partladı: 5 yaralı

Beyləqanda çörək zavodunda partlayış olub.
 
Rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə,  partlayış buxar qazanının düzgün tənzimlənməməsi səbəbindən baş verib.  Partlayış nəticəsində zavodun işçiləri – 1966-cı il təvəllüdlü Vəzifə Süleymanova, 1964-cü il təvəllüdlü Nəzakət Quliyeva, 1960-cı il təvəllüdlü Xalidə Həsənova, 1967-ci il təvəllüdlü Zemfira Abbasova və 1958-ci il təvəllüdlü Məxsurə Cəfərova müxtəlif xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.
 
Faktla bağlı araşdırma aparılır.
 
Dövlət Neft Şirkətinin “Azəriqaz” İstehsalat Birliyinin mətbuat xidmətindən APA-ya bildirilib ki, Beyləqandakı çörək zavodunda baş verən partlayışa təbii qaz sızması səbəb olmayıb.