Karl Marksın beş qəribə proqnozu

iPhone 5S-dən tutmuş korporativ qloballaşmaya qədər – müasir həyat Marksın gələcəyi görmə qabiliyyətinin sübutları ilə boldur

 

Son vaxtlar Roma Papası Fransiski “təmiz marksizmin” irəliləməsində ittiham edən Raşa Limbodan tutmuş Nyu-York meri Bill de Blazionu “inadkar marksist” adlandıran  Washington Times-ın müəllifinə qədər xeyli insanlar Karl Marksı daha çox yada salır. ABŞ-ın “Rollingstone” nəşrinin yazdığına görə, hələ də bir çoxları kapitalizmi kəskin tənqid edən Marksın ideyalarını sona qədər anlamır. 

Əksəriyyət bu radikal iqtisadçının kapitalizmin yerini kommunizmə verməsinin qaçılması olması ilə bağlı dediklərini nə vaxtsa eşidib. Ancaq onun niyə belə hesab etdiyi anlaşılan deyildi. Bəzən Karl Marks səhv etsə də, onun əsərlərində (onların bəziləri hələ ABŞ-da vətəndaş müharibəsi başlanmazdan əvvəl yazılıb) müasir kapitalizmin 2008-ci ildən başlanan iqtisadi böhrandan tutmuş hazırda istifadə olunan iPhone 5S qədər bəzi aspektlərinin təsvirləri yer alıb.

Marks bir əsr bundan əvvəl kapitalizmi təhlil edərək haqqında bəhs etdiyi 2014-cü ildəki həyatın beş predmetini misal gətirmək olar. 

1. Iqtisadi böhran (kapitalizmin xaotik mahiyyəti)

Marksın nəzəriyyəsinin əsas nəzər nöqtəsi kapitalizmin mahiyyətinin böhranlara məruz qalmasının təsvirindən ibarət idi. O iddia edirdi ki, daim gəlirə can atmaq gec-tez şirkətləri iş yerlərinin avtomatlaşdırmağa və bununla daha çox məhsul istehsal etməyə məcbur edəcək. Eyni zamanda işçilərin əmək haqqı o həddə qədər azaldılacaq ki, onlar istehsal etdikləri məhsulu ala bilməyəcək. Şübhəsiz ki, Böyük depressiyadan internet-şirkətlərin iqtisadi qovuquna qədər müasir tarixin hadisələrində Marksın “uydurma kapitalizm” adlandırdığının əlamətlərini tapmaq olar. Bura istiqraz və kredit-defolt svopları kimi maliyyə alətləri daxildir. Biz məhsulu artıq heç kim tərəfindən alınmayana, yeni bazar olmayana qədər istehsal edirik. Bu mərhələnin inkişafını əyani şəkildə müşahidə edirik: 2008-ci ildə daşınmaz əmlak bazarının iflasa uğramasının səbəbi məhz bu oldu. On illiklərlə artan qeyri-bərabərlik gəlirlərin azalmasına gətirib çıxardı, bu da bir çox az təminatlı insanları daha çox borca girməyə məcbur etdi. Ipoteka borc alanları kreditlərin ödənilməsi ilə bağlı öhdəlikləri kütləvi şəkildə yerinə yetirməyəndə məhz Marksın dediyi kimi bu sarayın fasadı uçdu. 

2. iPhone 5S (xəyali ehtiyac)

Marks iddia edirdi ki, kapitalizmin mahiyyətcə lazımsız mallara yüksək qiymət vermək meyli ona gətirib çıxaracaq ki, istehlakçı “qeyri-insani, həssas, qeyri-təbii və uydurulmuş arzuların bacarıqlı və qənaətçil quluna çevriləcək”. Bu müasir insanların kifayət qədər sərt, ancaq eyni zamanda dəqiq təsviridir. Insanlar ağlasığmaz dərəcədə dəbdəbədən zövq alır, daim yeni əşyaların alınmasına ehtiyac duyur. Götürək elə iPhone 5S-i. O, sahibinin ötən il aldığı iPhone 5, yaxud iki il əvvəl əldə etdiyi iPhone 4S-dən nə dərəcədə fərqli və üstündür? Bunun əsl yaxud uydurma tələbat olduğu barədə düüşünmək lazımdır. Çində bir çox ailələrin üzvləri elektron tullantılara görə xərçəngdən əziyyət çəkdiyi bir dövrdə qlobal korporasiyalar iri miqyaslı reklam kampaniyaları həyata keçirərək insanları heç bir səbəb olmadan onlara lazım olan əşyaları məhv etməyə çağırır. 

3. Kapitalizmin qloballaşması 

Marksın təkrar istehsal barədə düşüncələri indi yeni bazarlar axtarışı məqsədi ilə bütün dünyada kapitazilmin yayılması anlamını verən və qloballaşma adı alan təzahür barədə proqnozlara gətirib çıxarıb. “Məhsulun satışı üçün bazarın daimi genişlənməsinə yaranan ehtiyac burcuaziyanı yer kürəsinin hər tərəfinə yayır, – deyə Marks yazırdı. ”O hər yerdə kök salmalıdır, hər yerdə möhkəmlənməlidir, əlaqələr yaratmalıdır”. Indi bu ideya tam aşkar həqiqət kimi görünsə də, Marks bunu 166 il əvvəl, 1848-ci ildə, qloballaşmanın başlamasından 100 il əvvəl deyib. Marks nəinki 20 əsrdə baş verənləri əvvəlcədən deyə bilib, o həmçinin bu təzahürün səbəbini də izah edib: yeni bazarların və ucuz işçi qüvvəsinin aramsız axtarışları, həmçinin daim təbii ehtiyatlara yaranan ehtiyac – durmadan yemlənməli olan heyvanlardır. 

4. Walmart (inhisar) 

Klassik iqtisadi nəzəriyyəyə əsasən, rəqabət təbiidir və müstəqil şəkildə mövcud olmağa qadirdi. Ancaq Marks iddia edirdi ki, hakimiyyət gec-tez bir biri ilə mübarizə aparan bir neçə inhisarçı korporasiyanın əlində cəmləşəcək. Bəlkə 19-cu əsrin sonlarında bu olduqca qəribə səslənirdi: tarixçi Riçard Hofştadterin yazdığına görə, “amerikalılar əmlakın hamının arasında bölündüyünü, iqtisadi və siyasi hakimiyyətlərin desentralizasiya olunduğunu güman edirdi”. Ancaq artıq 20-ci əsrdə Marksın qeyd etdiyi tendensiya sürətlə artmağa başladı. Ailə dükanları Walmart kimi inhisarçı-hipermarketlər tərəfindən sıxışdırıldı. Kiçik yerli bankların əvəzinə C.P. Morgan Chase kimi nəhəng banklar gəlib. Xırda fermer təsərrüfatları isə Archer Daniels Midland kimi kənd təsərrüfatı korporasiyalarının təzyiqi altında yoxa çıxıb. Texnika dünyası da daha çox mərkəzləşdirilmiş olur: iri şirkətlər startapları bacardıqları qədər tez udur. Siyasətçilər sözdə kiçik biznesin minimal lobbisindən qalanları dəstəkləyir və sərt antiinhisar qanunları qəbul etməkdə davam edir. Ancaq hamı anlayır ki, böyük biznes həmişəlik bizimlə qalacaq. 

5. Kiçik əmək haqqı,  böyük gəlirlər (sənaye əməyinin ehtiyat ordusu) 

Marks iddia edirdi ki, əmək haqqı “əməyin ehtiyat ordusunun” təsir gücü ilə durmadan azalacaq. Onun mövcudluğu isə klassik iqtisadi qanunlarla izah olunur: kapitalist həmişə əməyə görə az əmək haqqı ödəmək istəyir və heç yerdə məşğul olmayan işçilərin sayı nə qədər çoxdursa, bunu o qədər asan şəkildə edə bilir. Beləliklə, Marksın təhlilinə əsasən demək olar ki, sonuncu iqtisadi böhrandan sonra gəlirlərin kəskin artımına baxmayaraq işsizliyin yüksək səviyyəsi maaşların artmasına imkan vermir: insanlar işsizlikdən elə qorxub ki, onlar hətta ən ağır şəraitə baxmayaraq işlərindən getmək istəməyəcək. Hətta nüfuzlu Wall Street Cournal indi xəbərdarlıq edir: “Son zamanlar Amerika iqtisadiyyatının bərpasında bəzi marksist xətlər görsənir. Koprorativ gəlirlər sürətlə artır, istehsalatın artması şirkətlərə nəhəng işsizlər ordusunun azaldılması üçün heç nə etmədən artmağa imkan verir”. Bu onunla izah olunur ki, işçilər iş yerlərini itirməkdən qorxur və ona görə də şərtlərini diqtə edə bilmirlər. Şübhəsiz ki, ədalətli artım üçün ən yaxşı vaxt yalnız “tam məşğulluq” dövründə olur, bu zaman işsizlik o dərəcədə azalır ki, əməkdaşlar iş verəni digər şirkətə getməklə hədələyə bilir. 

Xülasə 

Karl Marks bir çox şeydə haqlı olmayıb.  Bir çox əsərlərində o kapitalizmi tənqid edir, ancaq onun alternativləri ilə bağlı sualı açıq qoyur. Məhz bu da ona gətirib çıxardı ki, sonralar onun ideyaları bir çox Stalin kimi ağılsızlar tərəfindən səhv təfsir edilib. Ancaq Marksın əsərləri əvvəlki kimi bizim dünyanın müsbət mənada ümumi təsvirini müəyyən edir. “Kommunist partiyasının Manifestində” o gəlir vergisinin proqressiv şkalasının tətbiqinin tərəfdarı kimi çıxış edində dünyada bunu istifadə edən ölkə yox idi. Indi isə dünyada proqressiv vergi olmayan ölkə yoxdur. ABŞ-ın gəlirlərin qeyri-bərabərliyi ilə mübarizə bu əsas alət olub. Beləliklə, Marks və onun kapitalizmin mənəvi prinsiplərinin tənqidi, həmçinin tarixi kontekstdə onun nəticələrini aydın görməsi ona diqqət yetirməyə dəyər. Robert Heylbrounerin yazdığına görə, “biz Marskda onun qüsürsüz olmasına görə deyil, qaçılmaz olduğuna görə müraciət edirik”. Bu gün planetin 85 ən varlı adamının 3 milyard kasıbdan çox vəsaitə malik olduğu misli görünməmiş var-dövlət və ümidsiz yoxsulluq dünyasında “Bütün dünyanın proletarları birləşin! Sizin zəncirdən başqa itirməyə heç nəyiniz qalmayıb” şüarı hələ də öz aktuallığı itirməyib. 

Fizzə