Etirazların səngimədiyi Kiyev Müstəqillik Meydanında bu dəfə toy mərasimi keçirilib. Kiyev etirazçılarından olan bəy və gəlin toy üçün Avromeydanı seçib. Jurnalist Halina Yeremitsa və Avromeydan etirazçısı Aleksandr Chebanın toy mərasimi keçirilib.
“Valentin günü”ndə keçirilən toya Kiyev etirazçıları qatılıb. Avromeydanda marağa səbəb olan toy mərasimindən maraqlı görüntülər qalıb. Fotoları kyivpost.com paylaşıb.
Qeyd edək ki, Ukrayna prezidenti Yanukoviçin Avropa Birliyi ilə gözlənilən sazişi imzalamaqdan imtina etməsiylə başlayan etirazlar artıq, 3 aydır davam edir (hafta.az).
Etirazçılar Avromaydanda toy elədi FOTO
•
•