3600 illik tarixi olan mumiya aşkarlanıb

Yeni mumiya eramızdan əvvəl 1600-cü ildə fironların 17-ci sülaləsinin hakimiyyəti zamanı hazırlanıb

İspaniya arxeoloqları Misirin cənubundakı Luksor şəhərində qazıntılar aparırlar. Misir KİV-ləri xəbər verirlər ki, qazıntılar zamanı maraqlı qədim nümunələr aşkarlanıb. O cümlədən, İspaniya arxeoloqları təxmini hesablamalara görə 3600 yaşı olan mumiya aşkarlamışlar. Misirin Qədim və Tarixi Abidələr Nazirliyinin məlumatına görə, yeni mumiya eramızdan əvvəl 1600-cü ildə fironların 17-ci sülaləsinin hakimiyyəti zamanı hazırlanıb. 

Qədim və tarixi abidələr üzrə nazir Məhəmməd İbrahim bildirib ki, sarkofaqda tapılmış mumiya yüksək vəzifəli məmura mənsubdur. M.İbrahim deyib: “Sarkofaqda həmin məmurun adı yazılıb, lakin sarkofaq 3600 il əvvəl hazırlandığı üçün hələlik heroqlifləri oxumaq mümkün olmayıb”. (AzərTAc)