Putinlə Kabayeva nişan üzüklərini nümayiş etdirdilər FOTO

Bir müddət əvvəl həyat yoldaşı Lüdmila Putinadan boşanan və bundan sonra barmağındakı nişan üzüyünü çıxaran Rusiya prezidenti Vladimir Putin ictimaiyyət qarşısına yenidən barmağındakı nişan üzüyü ilə çıxıb.

Virtualaz.org saytı rus mətbuatına istinadən xəbər verir ki, bunu təsdiqləyən kadrlar “LifeNews” telekanalının bugünkü verilişlərinin birində görüntülənib. Telekanalın stop-kadr elədiyi görüntülər Rusiya prezidentinin Misirin müdafiə naziri Əbdülfəttah əs-Sisi ilə bu gün – fevralın 13-də keçirdiyi görüşdə çəkilib.

Doğrudur, “LifeNews” telekanalı daha sonra bu tviti ləğv edərək həmin kadrın arxiv materialı olduğunu bildirdi. Amma nəzərə almaq lazımdır ki, həmin kadrlarda Putinin qalstuku və onun görüş keçirdiyi otağın interyeri kadrların bu gün çəkildiyini bir daha təsdiqləyir. Belə ki, Kremlin mətbuat xidməti də bu gün misirli nazirlə görüşdən eyni kadrları rəsmən yayımlayıb. Putin orada da həmin qalstukda və eyni interyerin fonunda əks olunur.

Bundan bir qədər əvvəl isə Soçi olimpiadasının açılış mərasimində bədii gimnastika üzrə olimpiya çempionu, Putinin sevgilisi olduğu deyilən Alina Kabayeva publika qarşısına ilk dəfə nişan üzüyündə çıxmışdı.

Xatırladaq ki, Putinlə Kabayevanın gizlicə eşq yaşamalaları və gizli-gizli görüşmələrinə dair məlumatlar mətbuatda dəfələrlə yayılıb. Amma onların evlənməyi, ümumiyyətlə, münasibətləri barədə hər hansı rəsmi açıqlama verilməyib.