Türkiyədə ən çox ev alan azərbaycanlılardır

Daşınmaz əmlakın böyük əksəriyyətini məmurlar alıb

Samir Əliyev: «Bunun əsas səbəbi Azərbaycandan fərqli olaraq, Türkiyədə xüsusi mülkiyyətə verilən təminatdı»

Qlobal maliyyə böhranının gətirdiyi fəsadları aradan qaldırmaq üçün Türkiyənin atdığı addımlardan biri xaricilərin ölkə ərazisində daşınmaz əmlak alışına qoyulan bütün qadağaların aradan qaldırılması ilə bağlı oldu. Elə bundan sonra Türkiyədə əmlak alan əcnəbilərin, o cümlədən azərbaycanlıların sayı artmağa başladı.ÿÖzü də Türkiyədə azərbaycanlılar təkcə mənzil və ofislər almır.

Belə ki, Türkiyədə 2B kateqoriyalı ərazilərin satışının başlanması ilə bu ərazilərin sıx olduğu Göktürkdə canlanma nəzərə çarpır. Türkiyə mediası yazır ki, ərəb ölkələri ilə yanaşı, Rusiya və Azərbaycandan olan sərmayəçilər də 2B torpaqlarını almağa başlayıb. Meşə xüsusiyyətini itirmiş 2B ərazilərinin sənədli və sənədsiz olmaqla iki hissəyə ayrıldığını deyən əmlak eksperti Yetiş Kanal xarici sərmayəçilərin hər hansı bir problemlə qarşılaşmaq istəmədiyini bildirib:

Xatırladaq ki, ötən il də azərbaycanlılar Türkiyədə daşınmaz əmlak alışına görə ilk sıralarda qərarlaşıblar. Belə ki, Azərbaycan vətəndaşları 2013-cü ildə Türkiyədə 911 ədəd daşınmaz əmlak satın alıblar. Azərbaycanlılar bu sayla xaricilər arasında beşinci yeri tutur. Belə ki, ötən il Türkiyədə ruslar 3 min 322 ədəd, almanlar 2 min 637 ədəd, ingilislər 2 min 455 ədəd, norveçlilər 1256 ədəd, azərbaycanlılar 911 ədəd, isveçlilər 811 ədəd, səudiyyəlilər 773 ədəd, iraqlılar 770 ədəd, küveytlilər 725 ədəd, Birləşmiş Ərəb Əmirliyinin vətəndaşları 250 ədəd mülk alıb.

Ekspertlərin fikrincə də, ölkə vətəndaşlarının qonşu Türkiyəyə daşınmaz əmlak üçün üz tutmasının əsas səbəblərindən biri onun daha yaxın olması və bu ölkədə, Azərbaycan da daxil olmaqla, bir neçə dövlətə qarşı qoyulmuş qadağanın aradan qaldırılmasıdır.

Iqtisadçı ekspert Samir Əliyev isə azərbaycanlıların Türkiyədə ev almasını, bu ölkədə xüsusi mülkiyyətə verilən zəmanətlə əlaqələndirir: “Bu məsələdə ilk növbədə biznes maraqları dayanır. Bizdə xeyli şirkətlər var ki, Türkiyədə şəbəkələri, tərəfdaş şirkətləri var. Ona görə də bəzi adamlar burdakı biznesin Türkiyədə davam etdirmək üçün, ora köçür. Çünki, qanunlar, biznesin inkişafı, həm də təhlükəsizlik baxımından Türkiyədəki vəziyyət bizim ölkəmizlə müqayisədə daha normaldı. Ancaq, onu da qeyd etmək lazımdır ki, Türkiyədə əmlak alanlar daha çox məmurlar və biznesmenlərdi. Sadə vətəndaşların əmlakı minimal həddədi.  Ancaq, bu ölkədə azərbaycanlıların daha çox əmlak alması, xüsusi mülkiyyətə təminatla bağlıdır. Yəni, bu ölkəyə etimad, etibar çoxdur”.

Akif