Mətbuata qarşı yeni senzura planı

Hakimiyyət informasiyanın psixoloji təhlükəsizliyi haqqında qanun hazırlayır

Qulu Məhərrəmli: «Belə bir qanunun qəbuluna ehtiyac olsa da, o heç bir halda mətbuat azadlığını məhdudlaşdırmağa xidmət etməməlidir»

Hakimiyyət informasiyanın psixoloji təhlükəsizliyi haqqında yeni qanun hazırladığı barədə məlumatlar yayılmaqdadır. Milli Məclisin insan haqları komitəsinni sədri Rəbiyyət Aslanova mətbuata verdiyi açıqlamasında bildirib ki, belə bir layihə komitədə müzakirə edilib. Onun sözlərinə görə, qanun çap məıtbuatından  elektron KİV-lərə, internetə qədər bütün informasiya sferasını əhatə etməyi nəzərdə tutur. R.Aslanovanın firkrincə, qanunun qəbul edilməsi Suriyaya müahribəyə getmək çağırışlarına qarşı  mübarizə apatmaq imkanları yaradır.   O, həmçinin internet istifadəçilərinə daxil olan mənəviyyatsızlıq, radikallıq və s kimi hallara qarşı da mübarizə apaprılmasının vacibliyini qeyd edib.  Amma bu hallara qarşı mübarizənin müxanizminin necə olacağını R.Aslanova aydınlşadırmayıb.

Azərbaycan təcrübəsi göstərir ki, bu tip qanunların qəbulu daha sonra onsuz da Azərbaycanda bərbad gündə olan söz və mətbuat azadlığını bir qədər də məhdudlaşdırmağa xidmət edir. Mövzu ilə bağlı ekspertin rəyini öyrəndik.

Telejurnalist Qulu Məhərrəmlinin fikrincə, belə bir qanunun qəbul olunmasına ehtiyac var. Bunun iki səbəbdən zəruri olduğunu düşünən Q.Məhərrəmli vurğuladı ki, hazırda Azərbaycan cəmiyyətində sözün sosial, psixoloji gücü həddindən artıq çoxalıb: «Televiziyada, radioda, sosial şəbəkələrdə bəzi ifadələr özünə ciddi və zərərli mənalar hopdurur. Televiziyaların bir çoxu bunu nəzərə almır. Nəticə etibarı ilə bu cəmiyyətdə kütləvi psixoz yarada bilir. Bu sıraya kriminal, müharibə xəbərlərini aid etmək olar. Bu baxımdan belə bir qanunun olması çox zəruridir. Amma belə bir qanun heç bir halda Azərbaycanda söz və mətbuat azadlığını məhdudlaşdırmağa xidmət etməməlidir».

Yeni yaranan media qurumları üçün  ciddi peşəkar səddlərin müəyyənləşmədiyini deyən Q.Məhərrəmli vurğuladı ki, bu qurumlarda məsuliyyətsizlik yüksək səviyyədə olduğundan cəmiyyətdə onların məlumatlarına münasibətdə ciddi ziddiyyətlər var: «Bizim bəzi həmkarlarımızın bəzisi, xüsusilə internet mediası peşəkar baxımından aşağı səviyyədə olduğundan, yazdıqları cümlənin doğurduğu mənanı dərk etmədiynə görə bu cür məsələlərdə diqqətli olmaq lazımdır. Məsələn, hər hansı görkəmli yazıçının ölümü ilə bağlı xəbər yayılır. Bu məlumat dəqiqləşdirilmədən necə dərc edilə bilər».

Q.Məhərrəmlinin sözlərinə görə, ümumiyyətlə televiziyada kriminal, avtomobil qəzaları ilə bağlı xəbərlərin verilməsi norması var. Bir çox telekanallar isə bu normalara diqqət yetirmir. 

Xəyal