Mingəçevirdə park çökdü, adamlar Kürə düşdü

Hadisə ilə bağlı Mingəçevirdən olan deputat Aydın Mirzəzadə də facebook səhifəsində status paylaşıb. “Hadisədən gec xəbər tutduğuma görə indilərdə Mingəçevir şəhər icra hakimiyyəti başçısının birinci müavini İlham İsmayılovla əlaqə saxladım və məlumatı dəqiqləşdirdim.

O bildirdi ki, piyada zolağının salındığı dəmir-beton plitələrdən biri bir anda çöküb. Həmin an təsadüfən onun üzərində olan üç nəfər metryarımlıq çökəyə düşsələr də heç bir xəsarət almayıblar. Hadisə yerinə gələn təcili yardım həkimləri onlarda heç bir zədə müşahidə etməyiblər və onlar sərbəst buraxılıb.

Hal-hazırda şəhərin rəhbərləri hadisə yerindədirlər. Həm indi, həm də sabahdan başlayaraq piyada istrahət yolu ciddi şəkildə yoxlanacaqdır”, – deyə o, yazıb..

***

18:00

Fevralın 8-də Mingəçevirdə Kür sahilindəki parkda insanları şoka salan hadisə baş verib. Saat 17 radələrində parkın daş döşəməsi müəyyən bir hissədə özülündən çöküb. Hadisə vaxtı həmin yerdə dayanmış 2 qadın və 3 azyaşlı uşaq Kürə düşüb.
Bu barədə məlumatı foto ilə birlikdə Rauf Hamidli adlı istifadəçi facebook-da yazıb.
Məlumatda çökmə nəticəsində suya düşənlərin taleyi barədə heç nə deyilmir.
Məlumatla bağlı dəqiqləşdirmələr aparmağa çalışırıq.