Soçidə 22-ci Qış Olimpia Oyunlarının açılış mərasimi keçirilib. Minlərlə ziyarətçi Fisht stadionunda açılış mərasimini izləyib. Şəhərin küçələrində, xüsusilə, ictimai nəqliyyatda sərt təhlükəsizlik tədbirləri görülüb, təhlükəsizlik zabitləri və kazaklar keşik çəkib. Bir çox yerdə, o cümlədən, media mərkəzində video çəkmək qadağan olunub.
İctimai yerlərdə, o cümlədən hotellərdə, supermarketlərdə, ticarət mərkəzlərində bütün adamlar, onların mobil telefonları, cibləri, çantaları yoxlanılır.
Olimpiya şəhərciyində mümkün terror hücumları ehtimallarına görə təhlükəsizlik tədbirləri gücləndirilib.
Rusiya Soçi oyunlarının təhlükəsizliyinə 2 milyard dollar xərcləyib.
Açılış mərasimindən fotoları təqdim edirik.