Dünya Bankı Ziya Məmmədovu yoxlayacaq

Nəqliyyat naziri pis vəziyyətdə qala bilər

Dünya Bankının (DB) missiyası Azərbaycanın nəqliyyat sektorunda layihələrin reallaşdırılmasını qiymətləndirəcək. Bunu Trend-ə bankın Bakı nümayəndəliyindən deyiblər. Bank nümayəndəsi bildirib ki, DB-nin bu sahədə layihəsi üzrə kuratoru Cak Bürenin başçılıq etdiyi missiya bankın ölkənin nəqliyyat sahəsində cari layihələrinin reallaşdırılmasının icmalını aparacaq. Missiya 1 həftə ərzində Azərbaycanda olacaq.

Ekspertlərin fikrincə, qiymətləndirmə obyektiv olacaqsa, nəqliyyat naziri Ziya Məmmədov pis vəziyyətdə qala bilər. Çünki Azərbaycanda çəkilən yolların, tikilən körpülərin hansı vəziyyətdə olması hər kəsə bəllidir. 30 il zəmanət verilən yollar belə, bir-iki il keçməmiş bərbad hala düşür. “Dünya Bankının nümayəndəsi obyektiv olacaqsa, bütün bunlar onun diqqətindən qaça bilməz. Və bu da təbii ki, reallaşdırılan layihələrin qiymətləndirilməsinə öz təsirini göstərəcək. Beləliklə, obyektiv qiymətləndirmə Azərbaycana və nəqliyyat sektorunun rəhbərinə başucalığı gətirməyəcək”, – deyə ekspertlər bildirib.