Binadan qopan daş vətəndaşı reanimasiyalıq edib, tikinti sahibi isə fəhləni zərərçəkən kimi göstərib
Bakının Nəsimi rayonunda yerləşən “Təzə bazar” MMC-nin ərazisində tikintisi aparılan “Bakı Mərkəzi Bazarı”nda faciə baş verib. Şəriklərdən biri olan Vaqif Şıxəliyevə məxsus ərazidə tikilən obyektdə üçüncü mərtəbədən qopan ağlay üzlük daşı təsadüfən oradan keçən Mais adlı vətəndaşın başına düşüb. Ağır vəziyyətdə olan zərərçəkənə ilk tibbi yardım göstərildikdən sonra onu Təcili Tibbi Yardım Xəstəxanasına (“Semaşko”) aparıblar. Hadisə yerində çəkiliş aparmaq istəyən “Space” telekanalının əməkdaşlarına açıqlama verən obyekt sahibi, başqa adamı göstərərək, onu zərərçəkən kimi təqdim edib və qorxulu bir şey olmadığını bildirib. Hazırda Mais adlı vətəndaş əməliyyat olunaraq, xəstəxananın reanimasiya şöbəsindədir. Telekanala zərərçəkən kimi təqdim edilən şəxs isə, həmin tikintidə fəhlə işləyən Güloğlan Rəhmanov olub.
Telekanalın verdiyi xəbərə görə, fakt üzrə Nəsimi rayon prokurorluğuda araşdırmalar aparılır.
azadliq.info