Günün ulduz falı (30.01.2014)

QOÇ 

Şəxsi işlərinizdə, qarşılıqlı münasibətlərdə, həmçinin maliyyə məsələlərində kifayət qədər uğurlar qazanacaqsınız. Qohumlarla münasibətlərə diqqət yetirin. 

BUĞA 

Bu gün yeniliklərin şahidi ola bilərsiniz. Əgər iş təklifi olarsa, tərəddüd etməyin. Hər şeydən əvvəl səhhətinizi qoruyun.

ƏKIZLƏR 

Sədaqətli dostlarınızın sayını artırın. Uzaq səfərləri isə mümkün qədər təxirə salın. Ulduzlar yaxın günlərə böyük uğurlar vəd edir.

XƏRÇƏNG 

Hər bir addımınızı dönə-dönə götür-qoy edin. Mənfi enercili mənsublardan uzaq durun. Bu günlərdə riskli işlərə girişməyin.

ŞIR

Borcla bağlı problemlərinizi həll edin. Maraqlı tanışlıqlar gözlənilir. Həmkarlarınızla ünsiyyətdə təşəbbüskarlığı əldən verməyin. Münasibətlərdə səmimi olun.

QIZ 

Təcrübəli insanlarla məsləhətləşməyin faydası var. Ulduzlar sevgi münasibətlərindəki problemlərə xitam verməyə səsləyir. Səbrlili olmağın şirin nəticəsi var.

TƏRƏZI 

Səfər üçün münasib gündür. Qarşınızdakı perspektivlərdən maksimum yararlanın. Çoxdan bəri nəzərdə tutduğunuz, lakin reallaşdıra bilmədiyiniz işlərə girişməyin vaxtıdır.

ƏQRƏB 

Sürprizlərə hazır olun. Ailə-sevgi münasibətlərində emosional olmayın. Tənha qalmaq təhlükəsi istisna deyil. Münasibətlərə xoş müstəvidə aydınlıq gətirin.

OXATAN 

Taetra, konsertə getməklə mənəvi narahatlıqlardan uzaqlaşa bilərsiniz. Yeni işgüzar təkliflər alacağınız istisna deyil. Amma uzaq səfərə çıxmaq planlarınızı təxirə salmalısınız. 

OĞLAQ

Əhatənizdəki insanları bir daha yoxlayın. Çünki hamıya etibar etməyiniz yaxşı nəticələnməyə bilər. bu gün uzaq yola çıxmaq məsləhət deyil.

DOLÇA

Səhhətinizə ciddi fikir verin. Bunun üçün ilk olaraq qida rasionuna diqqət yetirməklə başlayın. Təhsildə eniş ola bilər. Ulduzlar çox müütaliə etməyə səsləyir.

BALIQLAR

Sizə rəğbət bəsləyən adamların əksəriyyəti mövcud sıxıntılarınızı aradan qaldırmağa yardım edəcək. Ancaq bunun üçün birincii növbədə özünüz səy göstərməlisiniz. Nikbinliyinizi itirməsəniz nəticə yaxşı olacaq.