Milli Şurasının Koordinasiya Şurası yanvar 29-da növbəti iclasını keçirib. İclasda ötən həftə ərzində görülən işlərin icrası müzakirə edilib, həmçinin ölkədəki mövcud ictimai-siyasi vəziyyət dəyərləndirilib. Koordinasiya Şurası qərara alıb ki, Azərbaycanın Avrointeqrasiyası ilə bağlı dinləmələr keçirsin və bu istiqamətdə fəaliyyət planı hazırlasın.
Həmçinin milli lider M.Ə.Rəsulzadənin 130 illiyi ilə bağlı yanvarın 31-də saat 12:00-da böyük liderin Novxanıdakı abidəsini ziyarət yürüşünün hazırlığı müzakirə edilib. Koordinasiya Şurası Milli Şuranın internet səhifəsinin hazırlanması və başqa məsələləri də müzakirə edib, uyğun qərarlar qəbul edib.
Milli Şuranın Mətbuat Katibliyi