Günün ulduz falı (29.01.2014)

Qoç

Bu gün pozitiv duyğular içində olacaqsınız. Özünüzü güclü hiss edəcək, planlarınızı tətbiq etmək üçün böyük bir istəklə hərəkətə keçəcəksiniz.

Buğa

Bu gün yola çıxarkən ehtiyatlı olun. Xüsusilə də, sükan arxasında olanlar daha diqqətli olmalıdırlar. Şəxsi və işgüzar sferada vəziyyət sabit olacaq.

Əkizlər

Fikrə dalmanız nəticəsində vacib mövzuda qərar verməniz və hərəkətə keçməniz çətin olacaq. Ayrıca, gərginliyin yaradacağı sağlamlıq problemləriylə qarşılaşa bilərsiniz. Sakit mühitdə dincəlməyə üstünlük verin.

Xərçəng

Mənasız düşüncələrin arxasınca getməyin, vacib məsələləri həll edin. Ideyalarınızı reallaşdırmaq üçün böyük səy göstərin. Zəhmətiniz hədər getməyəcək. 

Şir

Sevdiyiniz şəxslə aranızdakı əlaqələr getdikcə daha isti olacaq. əmkarlarla yaxşı dil tapacaqsınız. Hadisələrə tez reaksiya verməyin. Səbirlə inkişafı izləyin.

Qız

Yeni dostluq əlaqələri gözlənilir. Axşam saatlarında qonaq qarşılamaq olar. Günün yorğunluğunu səmimi ünsiyyətlə ata bilərsiniz.

Tərəzi

Sevdiyiniz şəxslə aranızdakı isti münasibət özünüzə olan etibarınızı artıracaq. Çətinlik çəkdiyiniz bir problemi təhlil edəcəksiniz. Əhatənizdə baş verənlərə çox əhəmiyyət vermədən bildiyiniz kimi hərəkət etməyə davam edəcəksiniz. 

Əqrəb

Əhvalınız və özünüzə olan inam son dərəcə yüksək olacaq. Bu nikbinliyiniz gün boyu sizi tərk etməyəcək. Əhvalınızın yaxşı olmasından istifadə edərək bəzi vacib məsələlərin həllinə girişin.

Oxatan

Bu gün romantik və həyəcanlı davranışlarınızla ətrafdakıların diqqətini çəkəcəksiniz. Bir az səbirsiz, bir az hirsli əhvalda olacağınız da istisna deyil. Ancaq yaxşı olar ki, bu gün diqqətdən kənarda qalasınız.

Oğlaq

Əhvalınız yaxşı olduğundn baş verə biləcək hadisələrin səbəbini anlayışla qarşılaya bilər, sakit davranmağı bacaracaqsınız. Maliyyə mövzusunda bəzi çətinlikləriniz olacaq.

Dolça

Özünüzü narahat hiss edəcəksiniz. sanki tikan üstündə oturmuş kimi olacaqsınız. Bu tərziniz ətrafdakıların əhvalına da siraət edəcək. Diqqətsizlikdən əziyyət çəkə bilərsiniz.

Balıqlar

Keçmişdə etdiyiniz səvlərə yenidən yol verməyin. Yanlış addımlarınızı analiz edin ki, düzgün nəticə çıxara biləsiniz. Sevdiyiniz şəxs sizi hər mövzuda dəstəkləyəcək.