Ziya Məmmədova qarşı cəbhə açanlar kimlərdir?

Cümşüd Nuriyevdən nəqliyyat naziri ilə bağlı açıqlamalar

 

“Vaxtilə mən də Ziya Məmmədovu tənqid eləmişəm. Bir qədər araşdırma apardım və çox maraqlı faktla qarşılaşdım. Deməli, Ziya Məmmədova hücumlar bir neçə adam tərəfindən həyata keçirilir”. Bu sözləri “Reytinq” müsahibəsində politoloq Cümşüd Nuriyev deyib. O, bildirib ki, həmin qüvvələr Ziya Məmmədovu nəqliyyat sahəsində görmək istəmir: “Həmin adamlar tamam ayrı bölgənin nümayəndələridir. Onlar bu sahəni ələ keçirmək üçün Ziya Məmmədovu zərərsizləşdirməyə çalışırlar.

Təəssüf ki, o adamlardan bəziləri Ziya Məmmədovun yanında çalışır və nazir olmaq istəyirlər. Hakimiyyət daxilindəki qruplaşmanın nəyinə lazımdır ki, Ziya Məmmədovu zərərsizləşdirsin? Həmin adamlar onsuz da nazirdir, ordan gəlib nəqliyyat naziri olmayacaqlar ki.

Ancaq onu deyə bilərəm ki, Ziya Məmmədovu zərərsizləşdirmək istəyənlərin arasında parlamentdə təmsil olunan bir-iki adam da var”.

Lakin Cümşüd Nuriyev konkret ad çəkməyib: “Mən heç kesə işarə vermirəm, nə də kimsənin adını çəkirəm. Xahiş edirəm, mənim əvəzimdən kiminsə adını hallandırmayın. Mən deyirəm ki, Ziya Məmmədova cəbhə açanlar arasında həm Nəqliyyat Nazirliyində, həm Milli Məclisdə, həm də biznes strukturlarında çalışanlar var. Bir sözlə, Milli Məclisdə, Nəqliyyat Nazirliyində və biznes sahəsində Ziya Məmmədovun postuna göz dikənlər var”.