PA rəhbərinin sabiq nazirlə bağlı yeni təyinata mane olduğu bildirilir
Sabiq müdafiə naziri Səfər Əbiyevlə bağlı redaksiyamıza maraqlı məlumat daxil olub. Həmin məlumatda iddia edilir ki, Səfər Əbiyev mühüm postlardan birinə təyinat almalı imiş. Artıq bununla bağlı qərar da verilibmiş. Lakin son anda Prezident Administrasiyasının (PA) rəhbəri Ramiz Mehdiyev bu təyinata mane olub. Lakin bununla belə Səfər Əbiyevlə bağlı təyinatın üzərindən tamamilə xətt çəkilməyib. Yəni, PA rəhbərini mövqeyini çəkindirmək üçün müzakirələr gedir.
Məlumatlarda o da bildirilir ki, Qarabağ qazisi Zaur Həsənovla bağlı olaylarda adı hallandırılan “Edis-Group” şirkətinin Səfər Əbiyevə məxsus olması barədə məlumatlara eks nazirin “Bu məlumatların hansı mərkəzdən idarə olunduğunu bilirəm” şəklində münasibət bildirməsi təsadüfi olmayıb. Məhz həmin vaxtlarda Səfər Əbiyevlə bağlı təyinata maneə yaradılıb.
Məlumat üçün bildirək ki, Səfər Əbiyev tutduğu vəzifədən azad edildikdən sonra onun başqa vəzifəyə təyinat alacağı barədə məlumatlar yayılmışdı. Həmin məlumatlarda bildirilirdi ki, eks bu üç vəzifədən birinə təyin edilə bilər: Səfir, Azərbaycanın NATO-dakı təmsilçisi, Prezident yanında Ali Inspeksiya Idarəsinin rəisi.