Hakimiyyətinin Hankok sevgisi

İqtidar nümayəndələri AŞ PA-da partiyasından qovulan britaniyalı deputatı tək buraxmayıb

“Barın yanında sağ tərəfdə duran şəxs Britaniyadan olan deputat Mayk Hankokdur, hansı ki, bir neçə gün əvvəl Britaniyada partiyasından qovulub. Sizcə, onun yanındakı kimdir? Əlbəttə ki, Azərbaycan nümayəndə heyəti ilə gəlmiş şəxslərdən biri”. Bu sözləri hüquq müdafiəçisi Rəsul Cəfərov facebook səhifəsində paylaşdığı Hankokla bir nəfərin söhbətini əks etdirən fotolarla bağlı yazıb.
Rəsul Cəfərov bildirir ki, britaniyalı deputatla söhbət edən şəxs Avropa Parlament Assambleyasının sessiyasına Azərbaycan nümayəndə heyəti ilə gəlib. Hüquq müdafiəçisi daha sonra yazıb: “Bu adama hamı utanır yaxınlaşmağa, amma bizim nümayəndə heyəti ”kürü diplomatiyası”nı uğurlu davam etdirmək əzmindədir”.
Məlumat üçün deyək ki, Azərbaycan hakimiyyətinin sevimlisi olan Mayk Hankok bu günlərdə “nalayiq seksual davranışı” barədə yeni iddialara görə, Britaniyanın hakim koalisiyasına daxil olan Liberal Demokrat Partiyasının sıralarından qovulub. Onunla bağlı xüsusi hesabatda bildirilir ki, Hankok “müdafiəsiz qadın seçiciyə qarşı cinsi təcavüz” edib.
Azərbaycan hakimiyyətinin dəstəkçilərindən fərqli olaraq hamının məhz bu fakta görə ona yaxınlaşmağa utanır.