“Azadlıq”dan Səməd Seyidova tərs sual

Avropa Şurası Parlament Assambleyasının sessiyasını izləmək üçün Strasburqa ezam olunmuş “Azadlıq” qəzetinin əməkdaşı Seymur Həzi orda Azərbaycan nümayəndə heyətinin rəhbəri Səməd Seyidovdan müsahibə almaq istəyib. Lakin S.Seyidov ikinci sualdan sonra müsahibəni yarımçıq kəsərək uzaqlaşıb.
Əməkdaşımızla S.Seyidovun qısa müsahibəsini özünün facebook səhifəsində paylaşıb. Onu təqdim edirik:

– Azərbaycan hökumətinə olan tənqidlərə cavabınız nədir?
– Bəzi beynəlxalq təşkilatlar, qurumlər və dövlətlər bu məsələdən öz maraqları naminə istifadə edirlər, insan haqqları məsləsi siyasiləşməməlidir

– O zaman niyə insan haqqlarını pozub, həmin qurumlara, dövlətlərə Azərbaycanın əleyhinə iş aparmaq imkanı verirsiz?
– Əzizim, siz mənim fikirlərimi təhrif edirsiz, mən deyirəm ki, insan haqqları məsələsi siyasiləşməməlidir.