Avropanın bir neçə ölkəsinin Milli Olimpiya Komitələri rus və ingilis dillərində Soçi olimpiadası ərəfəsində terror xarakterli hədə məktubları daxil olub. Reutersin məlumatına görə, Macarıstan və Sloveniya olimpiya komitələri belə bir məktub aldıqlarını bəyan ediblər. Daha sonra Almaniya və İtaliya nümayəndələri də bu məlumatı təsdiqləyib. Macarıstan nümayəndə heyəti digər ölkələrin də belə məzmunlu məktub almasından xəbərdar olduğunu bildirib. Məktublar elektron poçtla daxil olur. Nümayəndə heyətlərindən terrordan qorunmaq üçün yarışlara qatılmamaq tələb edilir.
azadlıq.info