«Milli Şuraya qarşı iş aparanlardan bezmişəm»

Sülhəddin Əkbər: «Mənim fikrimi konteksdən çıxarıblar»

Milli Şuranın parçalanmasında, bu qurumdan istefa verən insanların çoxluq təşkil etməsində maraqlı olan qüvvələr hər an ipucu axtarışındadılar. Bu ipucunu tapmayanda isə Milli Şura üzvlərinin açıqlamalarını konteksdən çıxarır, öz istədikləri kimi tirajlayırlar. Son olaraq isə bir çox saytlarda Milli Şura üzvü Sülhəddin Əkbərin adından “ Bezmişəm Milli Şuradan” başlıqlı xəbər yer alıb. Əslində isə Sülhəddin Əkbər bu ifadəni ona Milli Şura haqqında sual verən jurnalistə ünvanlayıb. 

Sülhəddin Əkbər yayılan məlumata belə aydınlıq gətirdi: “Mənim dediklərimi konteksdən çıxarıblar. Əslində mən jurnalistlərin Milli Şura haqqında sualına cavab verməmişəm. Ona görə söylədim ki, Milli Şrada yeni vəziyyət baş verməyib və bu haqda danışmaq istəmirəm.Çünki, jurnalistlərin məqsədyönlü şəkildə Milli Şura əleyhinə iş aparmasını hiss edirəm. Yəni, mən Milli Şuradan yox, Milli Şura əleyhinə iş aparanlardan bezdiyimi söyləmişəm”-deyə Sülhəddin Əkbər bildirdi.