Gürcüstan prezidenti Georgi Marqvelaşvilinin Ankarada prezident sarayında – Çankaya köşkündə qarşılanma mərasimi zamanı maraqlı hadisə baş verib. Köşkün gözləmə salonunda iki ölkə başçısının birgə brifinqi üçün gözləyən Gürcüstan prezidenti mətbuat xidmətinin qadın əməkdaşı döyülüb. “Hürriyet”in verdiyi məlumatına görə, gözləmə salonunda olan vətəndaşlardan biri Sofo Cacanidzeyə qəflətən hücum edib. Hücum edən Berat D. adlı qadın olub. Onun əqli probleminin olduğu müəyyənləşib.
Berat D. şikayətçi kimi Prezident Administrasiyasının bir yetkilisi ilə görüşürmüş. Görüş bitəndən sonra o, ayağa qalxaraq salonda gözləyən gürcü mətbuat nümayəndələrinə doğru irəliləyib. Qəflətən jurnalistlərin arasından bir az öndə duran Cacanidzenin saçlarından tutaraq yerə yıxıb. Jurnalistlər ona mane olmağa çalışıb. Daha sonra Administrasiyanın mühafizə xidmətinin əməkdaşları vətəndaşı zərərsizləşdirərək göz altına alıb.
Cacanidze ona hücum edən vətəndaşdan şikayət etməyib.
Çankaya köşkündə Gürcüstan rəsmisini döydülər FOTO
•
•