QOÇ
Həmişəki kimi gümrahsınız. Təhsildə uğurlar gözlənilir. Sizə həsəd aparanların sayı artacaq. Axşam saatlarında istirahət edin ki, sabahkı günə gümrah başlayasınız.
BUĞA
Ətrafdakılarla yaxşı dil tapacaqsınız. Bir balaca özünüzdən razı olacağınız gündür. Ancaq bu xüsusiyyətinizi də yaxın ətraf bir şıltaqlıq kimi dəyərləndirəcək.
ƏKIZLƏR
Günün birinci yarısında vacib işlərinizi həll edin. Əks halda işlərin gedişində ləngimələr yaşanacaq. Ətrafdakılarla mehriban və səmimi olun. Səhətinizə laqeyd yanaşmayın.
XƏRÇƏNG
Məsuliyyətsiz olmayın, əks halda iş yerinizdə problemlər yaşanacaq. Müdiriyyətlə aranızda fikir ayrılığı da istisna deyil. Həmkarlarla münasibətinizin korlanmasına şərait yaratmayın.
ŞIR
Bu gün bədbin olacaqsınız. Əhatənizdəkilərin sizi anlamamasından gileylənəcəksiniz. Ulduzlar nikbin olmağa çağırır. Yaxşı olar ki, fikirlərinizi dağıdacaq bir məşğuliyyət tapasınız.
QIZ
Idmanla məşğul olmaq, aktiv istirahət etmək üçün əlverişli gündür. Işgüzarlıq sferasında alacağınız təkliflərdən yararlanın. Əks halda belə fürsət bir də əlinizə düşməyəcək.
TƏRƏZI
Mədəni istirahət üçün ən əlverişli gündür. Teatr, kino, konsertə getsəniz zövqünüzü oxşayarsınız. Sevdiyiniz şəxslə aranızdakı münasibətlərə diqqət yetirin. Qarşı tərəfin küsməsinə şərait yaratmayın.
ƏQRƏB
Bu gün sağlamlığınıza fikir verin. Havaya uyğun geyinin. Ev işləri görmək, xırda təmirlə məşğul olmaq üçün münasib gündür. Yarımçıq qalmış işlərinizi tamamlayın.
OXATAN
Qarderobunuzda dəyişikliklər edə bilərsiniz. Bu zövqü özünüzə yaşadın. Alış-veriş üçün də münasib gündür. Bugünkü alış-verişdə daxili səsiniz sizi aldatmayacaq.
OĞLAQ
Son günlər çox yorğun təsiri bağışlayırsınız. Özünüzə bir balaca istirahət bəxş edin. Xoşbəxtlikdən ailə üzvləriniz sizi yaxşı başa düşür. Bütün problemlərinizi birlikdə həll edin.
DOLÇA
Əsəblərinizi cilovlayın. Işinizdə problemlər yaşanacaq. Pulunuza qənaət edin, israfçılıq etməyin. Ailə-mənişət problemləri yaşanacaq. Idman edin.
BALIQLAR
Gümrah olacaqsınız. Işinizdə diqqətli olun. Çalışın vaxtınızı səmərəli keçirin. Işlə bağlı təkliflər olacaq. Bu təklifləri qəbul edin. Əks halda bu fürsətlər əlinizə düşməyəcək.