“Qanunsuz hökmlər ölkənin gələcəyi üçün təhlükədir”
Müasavat başqanının müşaviri Yadigar Sadıqov barəsində çıxarılan məhkəmə hökmü ilə bağlı AXCP bəyanat verib. Bəyanatda deyilir:
“Bu gün növbəti ədalətsiz və siyasi sifarişə söykənən məhkəmə qərarı ilə Müsavat Partiyası başqanının müşaviri Yadigar Sadıqov 6 il azadlıqdan məhrum edilib. AXCP bəyan edir ki, bu həbs Yadigar Sadıqovun siyasi faəliyyətinə görədir və qərar sifarişlidir.
Biz, bütövlükdə Azərbaycan cəmiyyəti rejimin zindanlarında olan əqidə dostlarımızın azadlığa çıxması üçün əlimizdən gələni edəcəyik. Cəmiyyəti də siyasi məhbuslara hərtərəfli dəstək olmağa çağırırıq.
AXCP Əliyevlər hakimiyyətini xəbərdar edir ki, bu cür dinc və siviul mübarizənin tərəfdarı olan şəxsləri həbs etməklə, ölkənin gələcəyini təhlükəyə atır. İqtidar bir an öncə bu repressiv siyasətindən əl çəkməli və bütün siyasi məhbusları azadlığa buraxmalıdır. Əks halda bu həbslərin doğurduğu nəticələrin bütün məsuliyyəti hakimiyyətin üzərinə düşür.