QOÇ
Ailə üzvlərilə mehriban olun, yalnız özünüz barədə düşünməyin. Həllini gözləyən bir sıra məsələlər sizi gözləyir. Bunlara daha ciddi yanaşmağınız məsləhətdir.
BUĞA
Qənaətcil olmağa çalışın. Pul sarıdan korluq çəkəcəyiniz gözlənilir. Axşam saatlarını evdə keçirin ki, gücünüzü bərpa edə biləsiniz.
ƏKIZLƏR
Problemlərin həllində ağıllı dost seçimi ən düzgün çıxış yoludur. Pula hərislik taleyinizi yanlış istiqamətə yönəldə bilər. Həyat təcrübəsi zəngin olan şəxsin məsləhətlərinə ehtiyacınız var.
XƏRÇƏNG
Bndi yaşadığınız sıxıntılar keçici olacaq. Ümidlər itmir. Ulduzlar cəsarətli addımlarınızın, çəkdiyiniz zəhmətin bəhrəsini görəcəyinizdən xəbər verir.
ŞIR
Hər şey keçmişdə qaldı deyərək irəli hərəkət edin. Səhhətinizlə bağlı bəzi problemlər arzularınızın reallaşmasına maneə ola bilər. Sıxıntılar keçicidir.
QIZ
Qarşınıza qoyduğunuz məsələlərin həllində çətinlik çəkirsiniz. Birinci hansından başlayacağınızı belə bilmirsiniz. Diqqətinizi toplayın. Sabaha yarımçıq qalmış məsələlər qoymayın.
TƏRƏZI
Pozitiv enerji sizi tərk etmir. Ancaq gündəlik çəkdiyiniz məsuliyyətin, yorğunluğun bir sonu var. Istirahət edərək gücünüzü bərpa etməyə zaman ayırın. Buna ehtiyacınız var.
ƏQRƏB
Arzularınızı reallaşdırmaq üçün məntiqlə hərəkətə keçmək lazımdır. Yaxın ətrafınız bu işdə sizə dəstək olacaq. Ünsiyyət zamanı səlis danışın ki, anlaşılmazlıq yaranmasın.
OXATAN
Vaxtınızı düzgün bölüşdürün. Başınıza gələn artıq problemlər plansız hərəkət etməyinizdən qaynaqlanır. Səhvlərinizi analiz edərək günün proqramını qurun.
OĞLAQ
Yaxınlarınızı sevindirməyə çalışacaqsınız. Bundan əzizləriniz də agahdırlar. Ulduzlar sizi bu yolda dəstəkləyir. Həyata nikbin baxışınızı itirməyin.
DOLÇA
Bu gün alacağınız xəbərdən yaxın zamanlarda səmərəli istifadə edəcəksiniz. Ulduzlar sizi maraqlandıran mövzuda bir çox şansınızın olacağını bildirir.
BALIQLAR
Sakit istirahətə ehtiyacınız var. Qarşıdakı gərginliyə sinə gəlmək üçün enerjili olmalısınız. Yaxın ətrafınızdan yardım istəməyə çəkinməyin.