QOÇ
Işləriniz qaydasında gedəcək. Ulduzlar günün təmir işləri, dostlarla görüşüb vaxt keçirmək üçün əlverişli olduğunu bildirir. Ailə üzvləri sizdən diqqət və qayğı gözləyir.
BUĞA
Ətrafda baş verənlərə kəskin reaksiya vermək xoş deyil və sizin imicinizə xələl gətirə bilər. Səbirli olmaq hər zaman faydalıdır.
ƏKIZLƏR
Bu günlərdə karyerada irəliləyiş gözlənilir. Rəhbərlik sizi həmkarlarınıza nümunə kimi göstərəcək. Bundan sui-istifadə etməyə çalışmayın.
XƏRÇƏNG
Yeni ideyalarını hami ilə paylaşmaqla qəlbi qara adamların qurbanı ola bilərsiniz. Ehtiyatlı olun, bu saflığınızdan istifadə edə bilərlər.
ŞIR
Idmanla məşğul olmaq, piyada gəzmək üçün səmərəli gündür. Ulduzlar səhhətinizə diqqət yetirməyi məsləhət görür. Bu istiqamətdə yaxınlarınızın məsləhətini qulaq asın.
QIZ
Uşaqlarla zaman keçirmək üçün əlverişli gündür. Ailəyə qarşı son zamanlar biganə addımlarınız yaxın ətrafınızın diqqətindən yayınmayacaq. Onların da istəklərini nəzərə alın.
TƏRƏZI
Gündəlik işlərin çoxluğu sizi yorur, isirahət edin. Özünüzə hərtərəfli diqqət yetirin. Özünə qulluq aşağı səviyyədədir.
ƏQRƏB
Əyləncəyə çox pul xərcləmək mövzusunda yaxınlarınızın verdiyi məsləhətə qulaq asın. Onların məsləhətlərinə əməl etsəniz xeyir taparsınız.
OXATAN
Pessimist davranışınız yaxın ətrafınızın əhvalına da siraət edəcək. Yaxşı olar ki, yaxınlarınızla gələcəklə bağlı planlarınızı müzakirə edəsiziniz. Nikbin və təmkinli olsanız işləriniz də qaydasına düşəcək.
OĞLAQ
Yola çıxsanız, maraqlı tanışlıq istisna deyil. Ehtimal ki, həmin şəxsin əlaqələrindən də faydalanacaqsınız. Səhhətinizə də diqqət yetirin.
DOLÇA
Maraqlı gündür. Qohumları ziyarət etmək üçün də münasib gündür. Işdə ayağınıza dolaşan adamlardan uzaq durun. Onlara sizə quyu qazmasına şərait yaratmayın.
BALIQLAR
Gərginlik üzündən tələskənliyə yol verməyin. Əks halda bir problem də buradan çıxa bilər. Kömək üçün yaxınlarınıza müraciət edin.